Slimfit
  1. MEDİA

Məşhur psixoloqun sevgi münasibətlərində yol verilən xətalarla bağlı eksklüziv müsahibəsi

Məşhur psixoloqun sevgi münasibətlərində yol verilən xətalarla bağlı eksklüziv müsahibəsi
Sakura

Məşhur psixoloqun sevgi münasibətlərində yol verilən xətalarla bağlı eksklüziv müsahibəsi

Hakan Məngüc Girnə Amerikan Universitetində “Sufizmə giriş” dərsləri verən ilişki uzmanıdır.
Özü haqqında bəhs edərkən sufi, yazar ,bilgi və təcrübələrini paylaşan məsləhətçi kəlməsini işlədir. İnsan ruhunu , insan münasibətlərini dərindən araşdırmış bir psixoloqdur. Seminar və mühazirələrinə yüzlərlə insanın həvəslə qatıldığı məşhur psixoloqla Bizimyol.info-nun eksklüziv müsahibəsini təqdim edirik. Oxuyun, əminəm ki, xoşunuza gələcək.

-Hakan bəy, adətən bizlər yaşa dolana qədər insanları öyrənir, qarşılıqlı münasibələrdə təcrübə toplayırıq. Lakin həyatımıza girib canımız yandıran insanlar da olur və onlar bizə “kaş ki” deməyi öyrədirlər.

– Doğrudur, cavab əslində sualın özündə gizlidir. Həyatımıza gələn hər insan bizə bir təcrübə qazandırır  “pis adam” dediklərimiz belə, bizə nələrsə öyrədir, bəxş edir. Yeni- yeni insanları tanımaqdan, canınızın yanmasından qorxmaq lazım deyil. Bu sadəcə sizi gücləndirən fürsətlərdir.Lakin mən heç də bunu demək istəmirəm ki, enerjinizi sizdən alan, həyatınızı məhv edən insanlarla yola davam etməlisiniz.

– Acılardan, sınaqlardan çox şikayət edir insan, “niyə bunlar başıma gəldi?” deyib üsyan da edir bəzən

– Demək ki, sən seçilmişsən ki, Allah sənə bu imtahanı layiq görüb. Sənə güvənilməsəydi bu problem qarşına çıxarılmazdı. Problemlemlərə qarşıma çıxan divar, əngəl kimi deyil,aşmalı olduğumuz bir mərhələ, qalxmalı olduğmuz daha bir pillə kimi baxmağı öyrənək, həll etdyimiz hər zorluqdan zövq alacaq özümüzlə qürur duyacağıq. Çarəni bulacaq potensiala sahib olduğun üçün bu təcrübənin, sınağın və ya çətinliyin içərisindəsən. Problemlər hər an hər yerdədir və üstəlik çarələri ilə birlikdə. Sadəcə sən onları görməyi bacarmalısan. Tələb olunan budur.

– Sevgi münasibətlərində cütlüklərin yol verdikləri ən böyük xəta nədir?

– Özlərini bir almanın iki yarısı hesab etmək. Halbuki yan-yana dayanan iki alma olmq daha yaxşı olardı. Özünü onun yarısı kimi hiss etməyə başladığın anda itirmək qorxusu yaşayacaqsan və bu qorxunun təsiri altında səhv addımlar atmağa başlayacaqsan.Həm ayrılıq yaşandığı zaman da dəhşətli acılara qapı açmış olursan. Çünki, ruhunun yarısını itirmiş kimi olacaqsan.

– Bəs istər evlilikləri, istər dostluqları və ya sevgi münasibətlərini bitirən xətalar nələrdir?

– Bu mövzu çox önəmlidir. Çünki, bu günə qədər araşdırmalarıma görə əksəriyyət eyni xətanı təkrarlayır. Birincisi qadın kişinin dəyişcəyini düşünür. “Əsgərə getsin dəyişəcək. Ata olsun dəyişəcək, uşağı olsun dəyişəcək”, deyir. Bu gün dünyanın ən populyar arama motorlarında qadınların ən çox verdiyi suallar bunlardır. Çapkın kişi dəyişərmi, kişi evlənincə dəyişərmi? İşin gerçəyi budur ki, kişi özü istəmədiyi müddətcə dəyişmək istəməz. Həm də əsla. Əgər o mükəmməl olmağı qarşısına məqsəd qoymuşsa, özü dəyişimə ayaq basacaq. Əks halda dəyişirsə və ya dəyişdiyi sanılırsa bu müvəqqəti maskalanmaqır.Bu səbəbdən heç bir qadın kişinin dəyişəcəyini düşünərək yola çıxmamalıdır. Kişi xətasını anlayıb üzr istəyirsə və bu bir daha təkrarlanmırsa, bu əladır. Lakin davamlı olaraq eyni xətalara girirsə, demək ki problem var.Kişilər də qadınları dəyişdirməyə can atır. Biz niyə qarşımızdakını dəyişməyə çalışmalıyıq? Onu bu halı ilə sevmədikmi? Sonra öz istədiyimizə çevirərək onu bədbin, kədərli edirik, və sevdiyimiz bəyəndiyimiz insanı itiririk.

İkinci xəta ailələrlə evlənməkdir. Cəmiyyətimizdə analar oğullarının evlənmə zamanı gələndə öz kriteriyalarına uyğun gəlin seçmək səyinə düşürlər.Oğullar bu basqıdan qaçmaq üçün anasının xəyalına uymayan qızla evləndikdə qaynana gəlinin işlərinə qarışıb onu dəyişdirməyə, öz qəlibinə salmağa çalışır. Evlənərkən qadın və kişinmin öz ailələrindən qopub azad olması, birlikdə qərar almaları çox önəmlidir. Əks halda hər daim işlərinə burun soxan ailələr yeni qurulmuş ailənin mutuz bir quruma çevirəcək.

Evlilikdə daha bir xəta valideyn olunca ər- arvad olmağı unutmaqdır, cütlüklər bir-birlərini uşağının atası və ya anası kimi görərək sevgili olmağı yaddan çıxarır və çox vaxt bundan utanırlar. Növbəti xəta zehin oxuma və ya oxutdurmaq istəyidir. Unutmaq olmaz ki, cütlüklər fərqli dünyaların, fərqli ailələrin yetirmələridirlər. Birisinə gözəl deyə öyrədilən şey, digərinə xəta yanlış deyə öyrədmiş ola bilərdi. Ona görə ər- arvad qarşı tərəfin onu anlamasını gözləmədən, istəklərini nəzakətlə söyləməyi öyrənməlidirlər. Kişilər zehin oxumaq məsələsində usta deyillər, bunu qəbul etmək lzımdır.Qadının çox istədiyi ,arzusu varsa bunu açıqca söyləməlidir ki, sonra xəyal qırıqlığı yaşamasın.

Evlənincə yol verilən başqa bir xəta ehtiyaclarına görə bir münasibətə başlamaqdır.Məsələn, uşağım olsun və ya evdə təmizlik olsun, rahatlıq olsun deyə ailə qurmaq xətadır. Qarısndakı şəxsə “məni nədən sevirsən, hansı davranışlarım xoşuna gəlir, nələr səni üzər?” kimi sualları verməklə münasibətlərinizin çəkisini və məqsədini öyrənmiş olarsınız. Eyni zamanda insan özünə də sual verməlidir, “o nə edərəsə ondan ayrılaram, hansı davranışları məni məmnun edir, onu niyə sevirəm?” Cavabar hər şeyin nazik bir ipə bağlı olduğunu söyləyirsə münasibətlərə çox aldanmamaq lazımdır. Kiçik bəhanələr belə bir-birindən vaz keçməyə səbəb olacaqsa uzun və məşəqqətli yolçuluğa birlikdə çıxmağın anlamı yoxdur.Unutmayın, zaman dəyərlidir. Onu kimə hədiyyə etdiyinizə diqqət edin.

-Böyük sevgiləri zaman öldürür ya insan özü?

-Gəmini kiçik sızıntılar batırar. Böyük sevgiləri də bizim kiçik adlandırdıımız şeylər öldürür. Bağışlansa blə davamlı təkrar olunan xətalar münasibətləri korşaldır.

– Bir insanı necə tanımaq olar?

– Nə oxuduğuna baxın, nə seyr etdiyinə baxın, evinin divrlarından nə asdığına, rəflərinə nə qoyduğuna, necə danışdığına. Necə əsəbləşdiyinə, nələrə əsəbləşdiyinə, insanı necə dinlədiyinə, ətrafdakı olaylara necə reaksiya göstərdiyinə diqqət edin. Etməniz gərəkən tək şey baxmaqdır.

– “Ona bu qədər sevgi, diqqət göstərirəm, amma yenə yarınamadım, məni atdı” deyənlərə nə deyərdiniz?

– İnsanlar yeni sevgi münasibətlərinə başlayanda etdikləri ən böyük səhv ətrafdakı dünyadan qopub, bir tək ona diqqət kəsilmələri, onu həyatının mərkəzinə qoymaqdır. Halbuki, öz hobbilərniz dostlrınız işiniz, maraqrınızla onu da bezdirmədən onun üçün rəngli bir şəxsiyyət olmaqda davam edə bilərsiniz. Əks halda o sizə tezliklə marağını itirəcək və siz də onsuz yaşaya bilməyəcəksiniz. Ondan asılı bir hala düşəcəksiniz. Çünki tək sevinc qaynağnz o olacaq. İlişkilər əksik tərəflərinizə yerləşdirdiyiniz protez olmamalıdır, bütünlüyünüzü taclandıran ortaqlıqlar olmalıdır.

– “Nədən həmişə eyni adamlarla qarşılaşıram? Qarşıma həmişə eyni adamlar çıxır” deyənlər də var.

– Bu sualın cavabı üçün özünüzə bu sualları verin və doğru cavablandırın. Çünki açar kəlmələr sənin davranışlarında gizlidir. Başlanğıcda rastlaşdığın adamın fərqli olduğunu düşünürdün. Sonra o da başqalrına bənzəməyə başlayır.Qarşı tərəfə vazkeçilməz olduğunu hiss etdirərək, umursamaz davranışlara girdinmi və ya ona heç yox deməyərəköz sərhədlərini kiçiltdinmi? Hər dəfə özgüvənini itirib özünü günahkar sayaraq onu şımartdınmı? Hayatınıza necə birini istəyirsiniz? Bu sualın cavabını bir vərəqə yazın . Gülən, danışan, qoçaq, enerjili, varlı pullu. Bəs heç düşündünmü, sən özün necə xarakterə maliksən, elə bir insan səni nədən istəsin? Bu sualı özünüzə verməklə çox şeyə cavab tapmış olarsınız. Kimi gözləyirsənsə öncə o adam olmağı bacarmalısan.Bənzər ənzəri çəkər.Bu sadəcə sevgi münasibətlərində deyil bütün münasibətlərdə belədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR