Təbii fəlakətlərin qarşısının alınması üçün bu addımlar atılmalıdır
“Kommersant.az” xəbər verir ki, Bill Gates təkcə “Microsoft”un milyarderi deyil, həm də geniş maarifləndirmə işi ilə məşğul olan ziyalıdır. Məşhur millyarderin şəxsi fikirlərini paylaşdığı bloqunda son günlərin mövzusu təbii fəlakətlərdir.
Gatesin fikrincə təbii fəlakətləri minimuma endirmək üçün davranışlarımıza nəzarət etməliyik.
Məsələn:
1) Parniklərin miqdarını azaltmaqla temperatur dəyişməsinə mane ola bilərik;
2) Eyni zamanda azotlu gübrələrin istifadəsi ilə təbiətə böyük miqdarda azot oksidi xaric etmiş oluruq ki, bununla da mübarizə aparmağa başlamalıyıq;
3) Sənayedə tullantıları dəniz və çaylara axıtmamalıyıq;
4) Nəqliyyat vasitələri ilə havaya ötürülən zərərli qazların miqdarının azaldılması üçün alternativlər düşünməliyik;
5) Ağaclar, parkları söküb yerində bina tikməkdənsə, əksini etməliyik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət