Slimfit
  1. DÜNYA

Məşhur marka qeyri adi yol tikəcək

Məşhur marka qeyri adi yol tikəcək
Sakura

"Volvo” şirkəti İsveçin qərbində elektrik yolları tikəcək

"Volvo” şirkəti İsveçin qərbində elektrik yolları tikəcək. Bu məqsədlə “Volvo”, “Alstom” və NCC şirkətlərinin daxil olduğu şirkətlər qrupu "Väst Svenska Elvägar" (Qərbi İsveçin elektrik yolları) konsorsiumunu yaradıb.

Fins.az-ın məlumatına görə, həmin layihə hazırlanıb və baxılması üçün İsveç Nəqliyyat İdarəsinə təqdim edilib. Layihəyə görə, elektrik nəqliyyat vasitələri sahəsində təcrübəyə malik “Volvo Group”, elektrik avadanlığı və tramvayların hərəkətində istifadə edilən avadanlıq istehsalı üzrə ixtisaslaşmış Fransanın “Alstom” şirkəti və elektrik yollarının tikintisi üçün metodlar hazırlayan NCC konserni bu işə öz töhfəsini verəcək. Yeni konsorsiuma 20-yə yaxın özəl və dövlət şirkəti, tərəfdaş qismində bələdiyyələr və bu texnologiyalara maraq göstərən akademik müəssisələr daxildir. “Volvo Group”un baş texniki direktoru Lars Stenkvist deyib: “Hazırda “Volvo Group” şəhər yollarında hərəkət etmək üçün elektrik mühərrikli avtobus və yük maşınları təklif edir. Elektrik yolları atmosferə zərərli qazlar buraxmadan uzaq məsafəyə yükdaşımalarının öhdəsindən gəlmək üçün bir vasitə ola bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR