Məşhur həkim: Heç bir ikinci dalğa olmayacaq
“Heç bir ikinci, üçüncü dalğa olmayacaq, infeksiya özünü torf yanğını kimi aparır, sakit, altdan – altdan yanır, bəzən alovu üzə verir. O harda peyda olmayıbsa olacaq, buna hazır olmaq lazımdır. Bundan öncə gəlmiş bütün viruslar kimi, o da insanla yaşamağı öyrənəcək və planetdə əbədi qalacaq”.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu fikri tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov səsləndirib.
Müxtəlif KİV-lərdə II və III dalğa barədə danışanlara əsəbləşən həkim qeyd edib ki, yeni koronavirusun təbiəti belədir ki, o insan populyasiyasına gəlir və əbədi qalır. Bundan sonra məsələn Moskva kimi böyük şəhərlərdə o əvvəlki kimi tüğyan etməyəcək, partlamayacaq. Yüngül formada çoxalmalar olacaq.Sual verə bilərsiz ,bəs bu hay- küy, gərginlik, qaynar informasiya axını nə üçündü? Bu daha çox panik əhval ruhiyyənin destruktiv şəkildə işə salınmasına bənzəyir. İnsanlar xəstəlikdən çox təkrar karantin tədbirlərindən qorxurlar. Qorxan insan isə zəif insandır, virus üçün rahat qurbandır. Biz bu gərginliyi birlikdə yaşadıq, asan olmadı, lakin gəlin bir- birimizi qoruyaq, qayğıyla yanaşaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət