Slimfit
  1. MARAQLI

Məşhur alimlərin Allah haqqında olan düşüncələri

Məşhur alimlərin Allah haqqında olan düşüncələri
Sakura

Məşhur alimlərin Tanrı haqqında düşüncələri

Dünya səviyyəli bir alim olmaqla yanaşı həm də Allaha inanmaq, dininin tələblərini yerinə yetirmək mümkündürmü? Elm və din - bunlar bir araya sığırmı? Allaha inanmaq və vacib buyurulan əməlləri yerinə yetirmək insanları bir neçə əsr geri atır və elmi kəşflərə mane olur? Bu qənaətlər doğrudurmu, yoxsa müəyyən stereotiplər əsasında formalaşıb?

Yəqin ki, bu kimi suallara ömürlərini elmə həsr etmiş keçmişin məşhur alimlərindən və müasir tədqiqatçılardan yaxşı cavab verən olmaz.

Ens.az saytının təqdim etdiyi bu yazıda bir sıra məşhur fiziklərin, astronomların, tarixçilərin və digər elm adamlarının Allah haqqında düşüncələrini və özləri barədə qısa məlumatları təqdim etməklə düşünürük ki, dini və elmi biliklərin uyğunsuzluğu haqqında yaranmış rəylərə yeni baxış bucağından nəzər salmağınıza yardım etmiş olacağıq.

Maks Born

“Bir çox alim Allaha inanır. O adamlar ki, elmlə məşğul olduqda insanın ateist-ə çevrildiyini iddia edirlər, sadəcə gülməlidirlər".

Maks Bron dünya tarixində müasir kvant mexanikasının banisi olaraq qalıb. Fundamental tədqiqatlarına görə 1954-cü ildə Nobel mükafatına layiq görülüb. O, təkcə fizika, optika deyil, həm də təbiət elmləri və sosial problemlər fəlsəfəsinə, o cümlədən görünməmiş dağıdıcı nəticələrə səbəb olan II Dünya Müharibəsi başa çatdıqdan sonra yaranmış vəziyyəti təhlil etməyə çalışmış və çıxış yolları ilə bağlı konkret təkliflər irəli sürmüşdür.

Onun çıxışlarının əsas mövzusu cəmiyyətin tarixində elmin rolu, nüvə müharibəsi təhlükəsi, yeni enerji mənbələrinin inkişafı, ənənəvi mənəvi dəyərlərin məhv edilməsi kimi aktual problemlərin həlli üçün elm adamlarının məsuliyyətinə həsr olunub.

Verner Heyzenberq

"Təbiət elmlərinin damarından gələn ilk qurtum bizi ateist edir, ancaq onun dibində bizi Allah gözləyir."

Verner Heyzenberq 1932-ci ildə "Fizika sahəsində Nobel mükafatına layiq görülüb. Ona bu mükafat "Hidrogenin allotropik formalarının kəşfinə və bir sıra digər ixtiralara səbəb olan kvant mexanikasının yaradılması" işinə görə verilmişdi.

Jozef Con Tomson

"Əgər siz kifayət qədər güclü düşünürsünüzsə, şübhəsiz ki, elm sizi Allaha imana gətirəcək və görəcəksiniz ki, elm Allahın düşməni yox, onun köməkçisidir."

1906-cı ildə "qazların elektrik enerjisinin keçiriciliyinə dair nəzəri və təcrübi araşdırmalarda xidmətlərinin qəbul edilməsinin əlaməti olaraq " Nobel mükafatına layiq görülmüşdür. Bundan əlavə, 1908-ci ildə cəngavər titulu və 1912-ci ildə "Xidmətlərinə görə" ordeni ilə təltif edilib.

İki il sonra artıq Oksfordda Atom nəzəriyyəsi mövzusunda mühazirə söyləyib. 1918-ci ildə Kembricdəki Triniti Kollecinin magistri olmuş və ömrünün sonunadək orada çalışmışdır.

Albert Eynşteyn

"Elmlə ciddi məşğul olan hər kəs kainatın qanunlarında Ali Zəkanın izlərinə əmindir və bu, insanlardan o qədər üstündür ki, biz özümüzün adi imkan və bacarıqlarımızla onun qarşısında ehtiramla səcdə etməliyik.

Dərin imana sahib olmayan həqiqi bir alimi təsəvvür edə bilmirəm. Bunu belə də ifadə etmək olar: "Allahsız elmə inanmaq olmaz. Hardasa kosmik mənbəyə sahib olan dini hiss, elmi araşdırmalar zamanı xüsusilə kəskin şəkildə yaşanır.

Şübhəsiz ki, bu duyğunu elmi konsepsiyaların ilk yaradıcıları daha güclü şəkildə hiss edirdilər. Kainatın quruluşunu elmi, rasional bir şəkildə dərk etmək dərin inam hissi verir”.

Albert Eynşteyn Nisbilik nəzəriyyəsi və xüsusilə, cisimlərin kütlə və enerjinin ekvivalentliyi arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.

1999-cu ildə "Time" jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.

Artur Kompton

“Mənim üçün iman Ali Zəkanın kainatı və insanı yaratması ilə başlayır. Buna inanmaq mənim üçün çətin deyil, çünki bir plan sahibi olmaq və buna görə Səbəb mübahisəsizdir. Gözümüzün önündə gedən kainatdakı nizam, ən böyük və ən möhtəşəm bir ifadənin həqiqiliyinə dəlalət edir: "Əvvəlində Tanrı var."

Artur Kompton elektromaqnit şüalanmasının qismən təbiətini nümayiş etdirən, 4 il əvvəl Kompton effektinin kəşfinə görə 1927-ci ildə Nobel mükafatı almış amerikalı fizikdir. Onun bu kəşfi həmin dövr üçün sensasiya idi: işığın dalğalı təbiəti yaxşı nümayiş olunurdu, lakin işığın həm dalğa, həm də hissəli xüsusiyyətlərə sahib olması fikri asanlıqla qəbul edilmədi

O həm də Çikaqo Universitetindəki Manhettan Layihəsinin Metallurgiya Laboratoriyasına rəhbərlik etməsi ilə məşhurdur və 1945-1953-cü illərdə Sent Luisdə Vaşinqton Universitetinin rektoru vəzifəsində çalışmışdır.

İohan Kepler

"Bütün araşdırmalarımı tamamladığım masadan qalxmazdan əvvəl yalnız kainatın yaradanına mənə etdiyi mərhəmətə görə təşəkkür edə bilərəm! Sənin işlərini seyr edərkən yaşadığım bütün sevinclərə görə sənə minnətdaram!"

İohan Kepler günəş ətrafında planetlərin hərəkətlərini kəşf edən məşhur alman riyaziyyatçısı və astronomu idi. Planetar hərəkətin əsas qanunlarını hazırlayan ilk astronom olan Kepler həndəsə, optika və fəlsəfə sahəsindəki işləri ilə də məşhur idi. Onun önəmli uğurları sırasında Kepler ulduzunun, " Nova Astronomiyası" -nın kəşfini, həmçinin Kepler fərziyyəsini qeyd etmək olar.

O, astronomiyanın görkəmli şəxslərindən biri olduğuna görə "Marsdakı Kepler krateri", "ay Kepler krateri" kimi bir çox astral element onun şərəfinə adlandırılmışdır.

Astronomiyadan əlavə, Kepler riyaziyyat və həndəsənin təkamülünə də diqqət yetirirdi. O "Kepler üçbucağı"-nı yaratmış Pifaqor teoremi və Qızıl nisbət ilə xarakterizə olunan həndəsi irəliləmənin müxtəlif aspektlərini araşdırmışdır.

Flammarion Kamil

"Ah, bütün harmoniya və gözəlliyin ali günahkarı! Əgər işlərin bu qədər çox böyükdürsə, sən kimsən və nəsən? Səni inkar edənə, səni düşünmədən yaşayana, sənin varlığını hiss etməyənlərə nə ad verilməlidir? ”

Kamil Flammarion fransız astronomu və yazıçısı, eyni zamanda astronomiya mövzusunda qeyri-bədii əsərlər, bir neçə tanınmış elmi fantastika romanı, eləcə də zehni tədqiqat və əlaqəli mövzular daxil olmaqla əllidən çox əsərin müəllifi idi. O, 1882-ci ildən başlayaraq "L'Astronomie" jurnalını nəşr etdirmiş və Fransanın Juvizi sur-Orj şəhərində xüsusi bir rəsədxana açmışdı.

Qalileo Qaliley

"Təbiətdəki hərəkətlərdə Rəbb, bizi müqəddəs kitablardakı ilahi ayələrdən heç də az heyran etmir. Müqəddəs yazılarda heç vaxt günah və ya səhv edilə bilməz"

Qalileo Qaliley italyan astronomu, fiziki və mühəndis idi. Qalileo "müşahidə astronomiyasının atası", "müasir fizikanın atası", "elmi metodun atası" və "müasir elmin atası" adlandırılırdı. Qalileo sürət, cazibə və sərbəst yıxılma, nisbiilik prinsipi, ətalət, mərmi hərəkətini öyrəndi, həmçinin mayak və hidrostatik tərəzilərin xüsusiyyətlərini izah edərək termoskop və müxtəlif hərbi kompaslar icad etdi, eləcə də göy cisimlərinin elmi müşahidələri üçün teleskopdan istifadə etdi.

Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirib. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə günəş diskinin fırlandığını müəyyən etmişdir. Qaliley isbat etmişdir ki, havanın müqaviməti olmadıqda bütün cisimlər kütlələrindən asılı olmayaraq eyni sürətlə düşür və bərabəryeyinləşən hərəkət edirlər.

Karl Linney

“Mən hər yerdə Onun özünün və yaratdıqlarının izlərini gördüm. Onun bütün işlərində, hətta ən kiçik və ən nəzərə çarpmayan nəsnələrdə belə- necə böyük güc, necə bir hikmət, necə ağlasığmaz mükəmməllik vardır! Mən canlı varlıqların bir-birinin ardınca fasiləsiz zəncirlə necə getdiyini , Yer kürəsinə həyat verən Günəşi və planetin necə nizamla dövrə vurduğunu müşahidə etdim.

Nəhayət, Günəşi və bütün digər işıqlı aləmi, sonsuz bir boşluğun ortasında asılmış kosmosda hərəkət edən bütün ulduz sistemini gördüm. Beləliklə, bu dünyanı yaradan və ona nizam verən böyük və əbədi bir Tanrının olduğuna inanmaq ədalətlidir".

Karl Linney müasir bioloji təsnifat sistemlərinin atasıdır. O, bitkilərdə cinsi çoxalma təzahürlərini kəşf edib. Onun tərəfindən icad edilən təsnifat sisteminin ilk iterasiyasından bəri dəyişdirilməsinə baxmayaraq, yenə də bütün müasir bioloji elmlərin əsasını təşkil edir. Linney tədqiqatçı alim və professor kimi uzun və səmərəli karyerasını ahıl yaşlarına qədər davam etdirib.

Mixail Lomonosov

“Yaradan insanlara iki kitab verdi. Birində öz böyüklüyünü göstərdi; digərində isə öz istəyini. Birincisi, yaratdıqlarının genişliyinə, gözəlliyinə və ahəngdarlığına baxaraq, insanlar ilahi qüdrəti dərk etməsi üçündür. İkinci kitab müqəddəs ayələrdir. Burada bizim nicatımız üçün yaradanın xeyir-duaları verilmişdir.

"Elmin məqsədi Allahın yaradıcı gücünü, müdrikliyini və əzəmətini davamlı olaraq təbliğ etməkdir"

Lomonosov ədəbiyyat, təhsil və elmə mühüm töhfələr verən böyük bir alim və yazıçıdır. Dünya səviyyəli ilk rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik; vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib. Onun kəşfləri arasında kimyəvi reaksiyalarda kütlənin qorunma qanunu göstərmək olar. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb. Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. Lomonosov həm də şair idi və müasir rus ədəbi dilinin formalaşmasına mühüm təsir göstərmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR