Dərc edildi: Baxış sayı: 252
Məşhur aktyor bir ayağından məhrum ola bilər
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Alman aktyor Til Şvayger hazırda sepsislə mübarizə aparır.
Əgər müalicə uğursuz olsa, o ayağını itirə bilər.
Hazırda Şvayger Mayorka adasındakı klinikadadır.
“Avqust ayından ayağımda yara olduğu üçün iki həftədir xəstəxanada antibiotik qəbul edirəm. O zaman baldırım zədələndi və içəriyə mikroblar daxil oldu. Təəssüf ki, vəziyyət getdikcə pisləşir”, - deyə aktyor “Bild”ə açıqlamasında deyib.
Məlumata görə, onun ayağının amputasiya edilmə riski var.
Aktyor özünü yaxşı hiss etmədiyini bildirib. Cümə axşamı gecə onun hərarəti yenidən yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət