Slimfit
  1. CƏMİYYƏT

Məşğulluğun verdiyi inək xəstə olub? - Rəsmi

Məşğulluğun verdiyi inək xəstə olub? - Rəsmi
Sakura

Məşğulluğun verdiyi inək xəstə olub? - Rəsmi

Dövlət Məşğulluq Agentliyi (DMA) özünüməşğulluq proqramı çərçivəsində Balakəndə vətəndaşa verilən inəklə bağlı məsələyə aydınlıq gətirib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, agentliyin yaydığı məlumata əsasən özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər araşdırılıb.

Qeyd olunub ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib:

"Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. İnəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib.

Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb. 2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib".

Qeyd edək ki, sosial şəbəkələrdə DMA tərəfindən vətəndaşa xəstə inəyin verilməsi iddia olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR