Slimfit
  1. AZƏRBAYCAN

Mərmilər düşən Dondar Quşçu kəndi

Mərmilər düşən Dondar Quşçu kəndi
Sakura

Mərmilər düşən Dondar Quşçu kəndi

“Biz evimizdəyik qaçmırıq. Heç bir yerə getməyəcəyik”.

Bu sözləri evinə mərmi düşən Tovuz sakini Baku TV-yə açıqlamasında qeyd edib.

Artıq illərdir ki, beynəlxalq hüquq normalarına məhəl qoymayan və onları pozan ermənilər yenə də öz məkrli əməllərindən əl çəkmir. Bu gün saat 14 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Əliyeva Telarə Əhməd qızına məxsus evə odlu silah mərmisinin atılması nəticəsində ev sahibinə xeyli miqdarda ziyan vurulub. Xoşbəxtlikdən ev sahibi evdə olmayıb.

Bu addımı ilə Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizliyini nümayiş etdirdi. Yerevan rəhbərliyi beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini, 1949-cu il tarixli “Cenevrə Konvensiyası”nın müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında müddəalarını, o cümlədən, müharibə hüququnun əsas prinsiplərini və ümumqəbul edilmiş qaydaları kobud şəkildə pozmaqla, birbaşa və qəsdən mülki əhalinin sıx yaşadığı əraziləri hədəfə alıb atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törətməkdə davam edirlər.

Bütün bunlara baxmayaraq, sərhəd boyu yerləşən rayon və kəndlərdə əhali öz evində, öz işindədir.

Bəli, Tovuz rayonunda həyat normal axarı ilə davam edir. Azərbaycan xalqı hər zaman qorxmazlığı ilə seçilib. İndi də mərdi-mərdanə öz ata-baba vətənində bütün olanlara baxmayaraq, yaşamına davam edir.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR