Slimfit
  1. CƏMİYYƏT

Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” - VİDEO

Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” - VİDEO
Sakura

Mərkəzi Klinikanın baş həkimi: “Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” - VİDEO

“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu aydın deyildi”.

Ens.Az-ın məlumatına görə,bunu Baku TV-yə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.

“Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub. Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.

Baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır:

“Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib”.

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR