Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxanaya macar tədqiqatçılarının kitabları daxil edilib

Mərkəzi Elmi Kitabxanaya macar tədqiqatçılarının kitabları daxil edilib
Sakura

Mərkəzi Elmi Kitabxanaya macar tədqiqatçılarının kitabları daxil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” və “Keçə sənəti. Ənənələr və yeniliklər” kitabları daxil olub.

         Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” tarixi fotokitabı 1918-ci ildə Azərbaycana xilaskar bir qüvvə kimi gəlib vətənimizi bolşevik-daşnaq qüvvələrindən azad etmiş Qafqaz İslam Ordusuna və onun komandanı Nuru Paşanın fədakarlığına həsr edilib. Kitabda Qafqaz İslam Ordusunun və Nuru Paşanın Azərbaycanda bu gün də qorunub saxlanılan izləri ilə bağlı maraqlı məlumatlar verilib.

         Marie Nagi və Vidak İştvanın  macar dilində olan “Keçə sənəti. Ənənələr və yeniliklər” kitabında tanınmış rəssamların dünya keçə sənətinin tarixi və inkişafı ilə bağlı məqalələri toplanıb. Avropada keçə sənətinə olan marağın canlanması macar sənətçisi Vidak İştvan və etnoqraf, tekstil mütəxəssisi Marie Nagi adları ilə əlaqələndirilir.

         2005-ci ildə Almaniyada onların birbaşa iştirakı ilə Beynəlxalq Keçə Akademiyası yaradılıb və bir il sonra Hollandiyada onun filialı təşkil olunub.

         Qeyd edək ki, kitab Mərkəzi Elmi Kitabxananın Diplomatik fondunda yerləşdirlib.



 
         AMEA Mərkəzi Elmi Kitabxana
         Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR