Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxananın fondları günbəgün zənginləşir

Mərkəzi Elmi Kitabxananın fondları günbəgün zənginləşir
Sakura

Mərkəzi Elmi Kitabxananın fondları günbəgün zənginləşir

Mərkəzi Elmi Kitabxananın fondları günbəgün zənginləşir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına bir sıra yeni nəşrlər daxil olub.

Bunların sırasında “Əski Azərbaycan Yazısı. Dərs vəsaiti” (Afaq Məmmədova), “Qutadğu Bilig: Hikmətləri” (Ramiz Əskər), “Beş Risalə” (Əlişir Nəvayi), “Özbək Ədəbiyyatı Tədqiqatları” (Ramiz Əskər), “Dalğalar və Nüvə Enerjisi” (Cabir İsmayılov, Elmar Əsgərov), “Dahi türk dilçisi Mahmud Kaşğari” (Ramiz Əskər), “Ölüm, mənə ağı de” (Mağcan Cumabay), “Təchizat Zəncirində Strateji İdarəetmə” (Firudin Sultanov), “Təbiət və ekologiya” (K.Z.Zeynalova), “Bülbüllərin toyu” (Robert Minnullin), “История Азербайджана: Азербайджан в начале XVI- в Первой Половине XVIII века” (Исраил Магеррамов), 12 cilddə “Faciəli təqvim tariximiz” (Nazim Vəlişov) və digər elmi əhəmiyyətli nəşrlər yer alıb. Müəlliflər tərəfindən kitabxananın fondlarına daxil olan müxtəlif elm sahələrini əhatə edən bu nəşrlərin bir çoxu dərs vəsaitidir.

Həmçinin Tarixi Araşdırmalar Mərkəzindən 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən üzərində gərgin diplomatik - hərbi Zəfərindən bəhs edən “ZƏFƏR- 44 günlük Qarabağ müharibəsi” adlı kitab da daxil olub.

Oxucular bu və ya digər yeni daxil olan ədəbiyyatlarla MEK-in sərgi salonunda tanış ola bilərlər.

AMEA Mərkəzi Elmi Kitabxana

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR