Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Ankarada səfərdə olublar

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Ankarada səfərdə olublar
Sakura

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Ankarada səfərdə olublar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları – Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olublar. 

         Səfərin məqsədi Ankara kitabxanalarının fəaliyyəti, iş rejimi və təcrübəsinin öyrənilməsi, müasir kitabxana-informasiya sahəsində tətbiq edilən  yeniliklərlə tanış olmaq, yeni əməkdaşlıq əlaqələri yaratmaq və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi olub. Türk Dil Qurumu Kitabxanası, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivi, Ankara İldırım Bəyazid Universiteti Kitabxanası və Ankara Milli Kitabxansı ilə görüşlər keçirən MEK-in nümayəndə heyəti Ankara kitabxanalarının tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanları ilə yaxından tanış olublar.  Ziyarət əsnasında MEK-in fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında Ankaralı həmkarlara geniş məlumat verilib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar hədiyyə edilib. 

         Türk Dil Qurumu Kitabxanası, Ankara Milli Kitabxansı, Ankara İldırım Bəyazid Universiteti Kitabxanası, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivi rəhbərləri MEK əməkdaşlarının peşə bilikləri, maraq dairəsinin genişliyi və ziyarətindən məmnunluqlarını ifadə edib, MEK-ə kitab və rəsmlər təqdim ediblər.

         MEK haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanı elektron formatda dünya oxucusu üçün əlçatan edən Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. 

         Səfər zamanı Ankara İldırım Bəyazid Universiteti Kitabxanası ilə MEK arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tərəflər arasında əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsi zəruriliyinin vurğulandığı memorandumda – Azərbaycan – türk – ingilis dilli tərcüməçilər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi; kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, təlimlər, müzakirələr, seminarlar və konfransların keçirilməsi, vahid biblioqrafik təsvirin qaydalarının müzakirəsi və birgə addımların atılması və digər mühüm məsələlər nəzərdə tutulub.

 

 

         AMEA Mərkəzi Elmi Kitabxana
         Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR