Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxana fəliyyətinin təşkilinə dair telekonfrans keçirib

Mərkəzi Elmi Kitabxana fəliyyətinin təşkilinə dair telekonfrans keçirib
Sakura

Mərkəzi Elmi Kitabxana fəliyyətinin təşkilinə dair telekonfrans keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Mərkəzi Elmi Kitabxanada (MEK) pandemiya və sosial izolyasiya şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi və bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunmuş telekonfrans keçirilib.

Kitabxana rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən tetekonfransda MEK-in koronovirus pandemiyası dovründə fəaiyyəti təhlil edilib və görüləcəcək işlərin əsas itiqamətləri  və bu fəaliyyətdə iştirak edəcək işçi kontingentinin tərkibi və digər məsələlər müzakirə edilib.

Telekonfransda iştirak edən Elnur Hüseynov, Xuraman İsmayilova, Aygün Səfərova, Elmar Quliyev və başqaları alim və mütəxəssislərin informasiya təminatının tam ödənilməsi üçün görülən işlər barədə danışıblar. Bundan əlavə, qarşıda duran digər məsələlər ətrafında da müzakirələr aparılıb, hər bir əməkdaşa üzərinə düşən öhdəliklər həvalə edilib.

Konfransın keçirilməsində məqsəd oxucuların daha çox marağını kəsb edən mövzularda resursların elektron bazalarını yaratmaq, alim və mütəxəssislər üçün bu çətin günlərdə lazımi  informasiyanın əlçatan olmasını təmin etməkdir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR