Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxana direktorunun plagiat faktı

Mərkəzi Elmi Kitabxana direktorunun plagiat faktı
Sakura

Mərkəzi Elmi Kitabxana direktorunun plagiat faktı

Vətəndaşların cəmiyyətdə, ölkədə baş verən hadisələrə, dəyişikliklərə adekvat reaksiya verməsi, münasibət bildirməsi təqdirəlayiq haldır. O cümlədən ölkə vətəndaşı olaraq dövlət qurumlarının rəhbərləri, müxtəlif səlahiyyət sahibləri də bu mənada fikir və rəy bildirməkdə sərbəstdirlər. Vaxtaşırı mediada bu tipli yazılar yayımlanır və normal qarşılanır, bir çox hallarda isə yazı sahibinin qələminə əhsən qazandırır. Çünki bu yazılar, təkcə yazanın vətəndaş münasibətini deyil, həm də intellektual səviyyəsini, düşüncə tərzini,  mədəni və sivil qaydalara yanaşmasını da ortaya qoymuş olur.

Bu baxımdan son günlər AMEA Mərkəzi Elmi Kitabxanasının saytında qurumun rəhbəri Sevil Zülfüqarovanın imzasıyla ard-arda yayımlanan məqalələr diqqəti xüsusi cəlb edir. Bu yazıları oxuyarkən müəllifin fəal vətəndaş mövqeyi ilə yanaşı, yüksək intellektə, analitik zəkaya, rəvan ifadə üslubuna malik olması diqqət çəkir. Yazıların ölkə gündəminin ən vacib hadisələrinə, dövlət siyasətinə, dövlətin əsas simalarına – ulu öndərə, ölkənin birinci və ikinci rəhbər şəxslərinə və onların fəaliyyətinə həsr olunması məsələnin məsuliyyət tərəfi ilə birlikdə, həm də cəsarət tərəfidir. Məhz, bu nüans məqalələri diqqətlə oxumağa və araşdırmağa əsas səbəb oldu.  

Lakin çox təəssüf ki, araşdırma nəticəsində bu yazıların plagiat olması və informasiya təhlükəsizliyinə ən birinci hörmət etməli olan şəxsin, yəni MEK direktorunun müəllif hüquqlarını kobud surətdə pozması aşkar olundu.  Aşkarladığımız faktları yazıların orijinal və plagiat nüsxələrinin media linklərinə istanədən müqayisəli şəkildə təqdim edirik:

1. Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarovanın "İlham Əliyev və Mehriban xanım Əliyeva birliyi dünya üçün nümunədir" adlı məqaləsi yayımlanıb - http://mek.az/article.aspx?id=6331   

Plagiatın yayımlandığı saytların linkləri:

http://sonxeber.info/2020/10/ilham-%C9%99liyev-v%C9%99-mehriban-xanim-%C9%99liyeva-birliyi-dunya-ucun-numun%C9%99dir/

https://ideologiya.az/2020/10/ilham-%C9%99liyev-v%C9%99-mehriban-xanim-%C9%99liyeva-birliyi-dunya-ucun-numun%C9%99dir/     

https://dialoq.info/ilham-eliyev-ve-mehriban-xanim-eliyeva-birliyi-dunya-ucun-numunedir/

https://kiriminsesigazetesi.com/ilham-%C9%99liyev-v%C9%99-mehriban-xanim-%C9%99liyeva-birliyi-dunya-ucun-numun%C9%99dir/


Məqalənin əsli:  

https://www.interfax.ru/world/393783

https://azertag.az/xeber/791055

http://www.anl.az/down/meqale/azerbaycan/2014/avqust/389132.htm  

Araşdırma nəticəsində Sevil Zülfüqarovun imzasıyla həm Mərkəzi Elmi Kitabxananın öz  saytında, həm də digər saytlarda yayımlanmış "İlham Əliyev və Mehriban xanım Əliyeva birliyi dünya üçün nümunədir" adlı yazısının Heydər Əliyev Fondunun keçmiş icraçı direktoru, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi olan Anar Ələkbərovun 28 avqust 2014-cü ildə Azərtac İnformasiya Agentliyində yayımlanan və İnterfaksda da dərc edilmiş “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsinin başlığı dəyişməklə və cüzi ixtisarlarla “copypastr”ı olduğunu fərq edirik.

2.Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarovanın "Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha – Heydər Əliyev" adlı məqaləsi yayımlanıb - http://mek.az/article.aspx?id=6335     

Plagiatın yayımlandığı saytların linkləri:

http://ideologiya.az/2020/10/milli-dovl%C9%99tciliyimizin-f%C9%99ls%C9%99f%C9%99sini-yaradan-duha-heyd%C9%99r-%C9%99liyev/     

http://sonxeber.info/2020/10/milli-dovl%c9%99tciliyimizin-f%c9%99ls%c9%99f%c9%99sini-yaradan-duha-heyd%c9%99r-%c9%99liyev/  

Məqalənin əsli:

https://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_Azerbaycanda_siyasi_hakimiyyete_gelisinin_47_ili_tamam_olur-971373?__cf_chl_jschl_tk__=dc32e92b582337d51aa49095f18dc95c89a3a7f2-1604037439-0-AX7vBgDz1FkbDC3FcxA8aLnx6jBhPpa7PTT0iGYJqo0S1-3JSgUJGGZhPA8hYiIA3VgTk-FrCiS3dZuH0h3vQaarMm6smijx5JeAaBRaSr1YurFF403xIiVdqWgLeM7RNfeiJe1fNISLhavZV9CAoc2BB-y1EeOGRbZRnXpJsOpKoZaoQjZEJ4jasqg2_TFDEw3Mr2JlrAQs7qjCB3meWmkK7725f573BeMCNZfcKEqgWK56Ry9_Sc-NWPAKvzPBwPD6_8-ui5k3neHyG4Y2Uz2uLaEIJomZhPA_DOnqlCZJEzhw8nY4tRERrEsXsc5uUHTeyg4L07lwXqzV0FioY80LtB9J5i1KT7NX6lJ0Dn8ICfn1fE9abclDQKmsK_fhlRhzaOXI_Pr5IVpfxshOmeE&fbclid=IwAR2zQdRswGjPEbhsCBY6yClCi8iRG_gNgthxgWUNBUtK57pKfUhoLGelmx0 (Azərtac)

http://www.aztv.az/az/news/8126/umummilli-lider-heyder-eliyevin-siyasi-rehberliye-gelisinin-51-ili-tamam-olur  (AzTv)

http://nizami-ih.gov.az/news/815.html  

S.Zülfüqarovanın "Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha- Heydər Əliyev" adlı məqaləsinin araşdırılması nəticəsində yazının birinci yarısının  14 iyul 2016-cı ildə “Azərtac”da yayımlanmış Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47 ili tamam olur” və AzTV saytında 14 iyul 2020-ci ildə təkrarən verilmiş Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin 51 ili tamam olur” başlıqlı müəllifsiz mətnlərdən, digər yarısının isə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimovun 16 iyun 2020-ci il tarixində Bakı şəhəri Nizami rayonu icra hakimiyyətinin saytında yayımlanmış “Heydər Əliyev fenomeni - Milli Qurtuluşun təntənəsi” adlı məqaləsindən götürüldüyü aşkar olur.

3. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın "Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir" adlı məqaləsi dərc olunub - http://mek.az/article.aspx?id=6339  

Plagiatın yayımlandığı saytların linkləri:

http://ideologiya.az/2020/11/prezidentin-nitqi-davranisi-ozun%C9%99inamin-haqqin-%C9%99dal%C9%99tin-t%C9%99nt%C9%99n%C9%99sidir/  

http://sonxeber.info/2020/11/prezidentin-nitqi-davranisi-ozun%c9%99inamin-haqqin-%c9%99dal%c9%99tin-t%c9%99nt%c9%99n%c9%99sidir/   

Məqalənin əsli:

http://kaspi.az/az/zuneinamin-tentenesi?fbclid=IwAR2N0HdqO2h8QWegiPlO_RagxLkDaQdMx1vaKKsTRWzpDxXp5N7hb3EU-2Y   

 Sevil Zülfüqarovanın "Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir" məqaləsinin isə “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılıovun 16 Oktyabr 2020-ci il tarixdə elə həmin qəzetin saytında yayımlanan “Özünəinamın təntənəsi” adlı yazısından götürülmə olduğu bəlli olur.

Üzə çıxmış plagiat faktı informasiya təhlükəsizliyinə xidmət etməli, təminat verməli olan bir qurumun rəhbəri kimi MEK direktorunun nəinki, sivil qaydalara, etik normalara uymadığını, bəlkə də cəmiyyətdə və mətbuatda bu cür anlayışların, tənzimləmə mexanizmlərinin mövcudluğundan xəbərsiz olacaq qədər məlumatsızlığını, tutduğu vacib postun funksionallığını təmin etmək üçün kifayət qədər ixtisaslaşmadığını və təsadüfi kadr olduğunu aşkarlamış olur. Yəqin ki, əks halda, müəllif hüquqlarının pozulması bahasına yüksək fəaliyyət, yüksək intellekt təzahürünü “reallaşdıran” plagiata ehtiyac duyulmazdı. Bu, da qeyd olunmalıdır ki, bu yazıları qurumun saytında paylaşmaqla və mediada yaymaqla müəllif hüquqlarının pozulmasında birbaşa iştirak edən mətbuat və informasiya şöbəsinin məsul şəxsləri də məsuliyyət daşıyır.

Qeyd edək ki, plagiat iş ortaya qoyanlar, adətən, cəmiyyətin yüksək təbəqəsinə aid olan, müxtəlif karyera hədəfləri olan insanlar olur. Cəmiyyətdə mənəvi və hüquqi istismarla saxta imic yaradan, plagiatlıq edən  bu tip insanların qarşısını almaq üçün əməllərinə görə rüsvay edilmələri olduqca vacibdir. Təəssüf ki, ölkəmizdə hələ ki, plagiatlığa görə cinayət, inzibati və mülki məsuliyyət  müəyyənləşdirilməyib. Bu səbəbdən ən effektiv mübarizə üsullarından biri kimi bu cür əməllər ictimailəşdirilməli, ictimai qınaq obyektinə çevrilməlidir.  Plagiatlığa əl atan şəxslər haqqında məlumatlar müntəzəm olaraq KİV-də, sosial media resurslarında yayılmalı və bu fəaliyyət  ilə məşğul olan şəxslər ictimai qınaq, məzəmmət obyektinə çevrilməlidirlər. Bu məqsədlə, hər kəsi diqqətli olmağa, şübhələndiyiniz məqamları bizimlə bölüşməyə, aşkar edilmiş plagiat faktlarını yenicə fəaliyyətə başlayan mərkəzimizin elektron poçtuna göndərməyə dəvət edirik.

Məqsədimiz aydınlıq, ölkəmizin mənəvi və hüquqi dəyərlərinə, intellekt bazasının şəffaflığına, əqli istehsalın və elmi resursların orijinallığına,  intellektual mülkiyyətinin qorunmasına xidmətdir.

Plagiatla Mübarizə Könüllü Media Mərkəzi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR