Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı açıqlama
Bu il Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə 200 manatlıq pul nişanı dövriyyəyə buraxılıb.
Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq 200 manatlıq əskinaslar haqda açıqlama verib.
O deyib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı dövründə baş verən dəyişiklikləri, dövriyyədə olan nağd pulun strukturunun optimallaşdırılmasını nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə 24 may 2018-ci il tarixdən etibarən tədavülə yeni 200 manatlıq pul nişanı buraxılıb.
“Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən iqtisadiyyatın nağd pula, o cümlədən 200 manatlıq pul nişanlarına olan tələbatının vaxtında, tam həcmdə və adekvat strukturda ödənilməsi təmin edilir”-deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət