Slimfit
  1. CƏMİYYƏT

Mərkəzi Bank “Kombat Group” şirkətinə cərimə protokolu yazdı

Mərkəzi Bank “Kombat Group” şirkətinə cərimə protokolu yazdı
Sakura

Mərkəzi Bank “Kombat Group” şirkətinə cərimə protokolu yazdı

“Kombat Group” MMC-nin barəsində cərimə protokolu yazılıb.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elçin Ağayevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib.

Qeyd: “Kombat Group” şirkət 2021-ci ildə yaradılıb və Azərbaycanda hərbi uniformanın, yəni dəbilqə, geyimlər, bot, əlcəklər və həmçinin hərbi aksesuarların, çadırların satışını həyata keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR