Dərc edildi: Baxış sayı: 462
:0
Merkelin ABŞ-la bağlı arzusu: Gəncliyimdə istəyirdim ki...
Almaniya Demokratik Respublikası (ADR) dövründə turist qismində ABŞ-a səyahət etmək istəyirdim.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
O bildirib ki, həmin dövrdə belə səfər üçün təqaüd yaşını gözləməli olacaqdı:
“İstənilən halda, mən öz arzularımı reallaşdıra biləcəkdim. ADR-də qadınlar 60 yaşda təqaüdə çıxardılar. Yəni, mən artıq 5 il əvvəl təqaüdə çıxmış olacaqdım və xarici pasportumu alıb Amerikaya yollanacaqdım. Təqaüdçülər səyahət edə bilərdilər, axı... İşçi kimi gərəkli olmayan hər kəs gedə bilərdi”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət