Merkel və Makrondan Putinə: Ərdoğanla danışığa hazırıq!
Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Rusiya dövlət başçısı Vladimir Putin arasında üçtərəfli telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Şurasının sözçüsü Steffen Sibert açıqlama verib.
O vurğulayıb ki, Makron və Merkel İdlib böhranının siyasi həlli üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlara hazır olduqlarını Putinə bildiriblər:
"Kansler Merkel və prezident Makron İdlibdəki humanitar fəlakətdən dərin narahatlıq keçirdiklərini bildirdilər. Hərbi əməliyyatları dərhal dayandırmaq və ehtiyacı olan insanların yardımla təmin edilməsi çağırışını etdilər. Böhranın həlli üçün Ərdoğan və Putinlə görüşə hazır olduqlarını bildirdilər”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət