Slimfit
  1. DÜNYA

Merkel: "Koronavirusun yaratdığı təhlükə ciddidir"

Merkel: "Koronavirusun yaratdığı təhlükə ciddidir"
Sakura

Merkel: "Koronavirusun yaratdığı təhlükə ciddidir"

"Koronavirusun yaratdığı təhlükə ciddi olaraq qalır".

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel həftəlik video müraciətində deyib.  

"Təhlükəni unutmaq asandır, çünki Almaniya bu günə qədər böhranın öhdəsindən kifayət qədər uğurla gəlib, amma bu, təhlükənin qarşısının tamamilə aldığını ifadə etmir" deyən Angela Merkel son günlərdə yoluxma hallarının artmasına işarə edib.

"Bunu ciddi qəbul edin, çünki vəziyyət ciddidir", - deyə o vurğulayıb.

Tək siyasətçilərin virusun yayılmasını dayandıra bilməyəcəyini qeyd edən Angela Merkel bu mübarizənin hər kəsdən məsuliyyətli davranmağı tələb etdiyini bildirib: "Hamımız bunu ortaq öhdəliyimiz kimi qəbul etməli və başa düşməliyik ki, minimum fiziki məsafə, maska taxmaq və gigiyena qaydalarına əməl etməklə hər birimiz ortaq taleyimizə öz töhfəmizi veririk", - Almaniya kansleri deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR