Dərc edildi: Baxış sayı: 538
Merkel himn səslənərkən ayağa qalxmadı
Almaniya kansleri Angela Merkel yenidən medianın gündəminə çevrilib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Almaniyada rəsmi səfərdə olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşən Merkel dövlət himni səslənərkən oturduğu yerdən qalxmayıb.
İddialara görə, kansler yenidən özünü pis hiss etdiyindən ayağa durmayıb.
Xatırladaq ki, Merkel Ukrayna prezidenti və Finlandiyanın Baş Naziri ilə görüşündə titrəməsi ilə gündəmə gəlmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət