Mərhum generalın oğlu DSX-də zabit kimi xidmətə başlayıb
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akademiyasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.
"Report"un məlumatına görə, DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev DSX Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.
E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət