Slimfit
  1. CƏMİYYƏT

Mərdəkanda yaşayış evində partlayış olub, dağıntı və xəsarət alan var

Mərdəkanda yaşayış evində partlayış olub, dağıntı və xəsarət alan var
Sakura

Mərdəkanda yaşayış evində partlayış olub, dağıntı və xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Ens.Az-ın məlumatına əsasən,Nazirlikdən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

 

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR