Slimfit
  1. AVTO VƏ MOTO

Mercedes-Benz "Gümüşü oxların" müasir variantını təqdim edib

Mercedes-Benz "Gümüşü oxların" müasir variantını təqdim edib
Sakura

Mercedes-Benz "Gümüşü oxların" müasir variantını təqdim edib

Kaliforniyada keçirilən Monterey Car Week tədbirində Mercedes-Benz şirkəti Vision EQ Silver Arrow elektrik konsept avtomobilini təqdim edib. Konseptin ilham mənbəyi olaraq əfsanəsi «Gümüşü oxlar», əsasən də W125 Rekordwagen eksperimental avtomobili çıxış edib. Bu avtomobildə Rudolf Karaççiola 432,7 km/saat həddinə sürətlənib.

Vision EQ Silver Arrow konseptinin dizaynı «həyəcanverici saflıq» konsepsiyasına uyğun olaraq tərtib edilib. Uzunluğu 5,3 metr, hündürlüyü isə bir metr olan avtomobilin kuzovu iti bucaqlardan məhrumdur və hamar səhtli kuzovu ilə seçilir. Karbonplastikdən karkası olan avtomobil, maye metalı xatırladan Alubeam Silver rənginə boyanıbdır.

 

Mercedes-Benz Vision EQ Silver Arrow prototipinin digər maraqlı cəhətləri karbonplastikdən hazırlanmış ön splitter, hərəkətsiz qapağa malik olan çoxsaylı milləri olan təkər diskləri, işıqlanan zolağa malik olan yan ətəklər, yarış avtomobillərindəkinə bənzər arxa diffuzor və hava əyləcləri rolunu oynayan iki çıxan spoylerdən ibarətdir.

Şou-karın interyerinin tərtibatında tünd-qəhvə rəngli əsl dəridən, cilalanmış alüminiumdan, qoz ağacının və iynəyarpaqlı cinsdən olan tünd ağacının şponlarından istifadə edilibdir. Vision EQ Silver Arrow Airscraf sistemi quraşdırılmış yarış oturacağı, dördnöqtəli təhlükəsizlik kəmərləri, tənzimlənən pedal qovşağı, ətraf məkanın üçölçülü təsviri proyeksiya edilən genişformatlı displey ilə təchiz edilibdir.

Konsept eyni zamanda, Virtula Race Coach virtual məşqçi, idarəetmə elektronikasının seçim rejimləri və mühərrikin səsəini imitasiya edən sistem ilə də təchiz edilibdir. Virtual məşqçi keçmişin və hazırki Mercedes-Benz yarış avtomobilləri ilə mübarizə aparmağa şərait yaradır. Səs rejimlərinin arasında isə, Formula 1 bolidinin və səkkiz silindrli Mercedes-AMG mühərrikinin səsləri də mövcuddur.

Mercedes-Benz Vision EQ Silver Arrow hasilatı 750 at qüvvəsi olan elektrik güc qurğusu ilə hərəkətə gəlir. Avtomobilin döşəməsinin altında yerləşən 80 kilovat-saatlıq akkumulyatorlar bloku prototipə 400 kilomatr qət etməyə imkan verir. Batareyaların soyudulmasına kuzovun yan tərəfində olan havalandırma dəlikləri cavabdehdir. Vision EQ Silver Arrow elektrikləşdirmənin imkanlarını nümayiş etdirən konseptlər seriyasına daxildir.

Bunlara misal olaraq Concept EQA, Concept EQ krossoverini və Vision EQ Fortwo konseptlərini göstərmək olar.

 

 

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR