Slimfit
  1. AVTO VƏ MOTO

Mercedes-Benz ən güclü dördsilindrli mühərriki təqdim edib

Mercedes-Benz ən güclü dördsilindrli mühərriki təqdim edib
Sakura

Mercedes-Benz ən güclü dördsilindrli mühərriki təqdim edib

Mercedes-AMG bölməsi seriya avtomobilləri üçün nəzərdə tutduğu ən güclü dördsilindrli turbomühərriki təqdim edib. Yeni mühərriki 45 indeksinə malik olan AMG modellərinin kapotunun altında yerləşdiriləcəkdir.

Yeni 2,0-litrlik mühərrik M139 indeksinə malikdir. Güc aqreqatı 387 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir. S indeksi ilə işarələnəcək avtomobillərdə mühərrikin hasilatı 421 at qüvvəsi və 500 Nm təşkil edəcəkdir. Mühərrik 7200 dövr/dəqiqəyə qədər sürətlənə bilir. Müsayisə üçün, əvvəlki M133 aqreqatı 381 at qüvvəsinə və 475 Nm-ə malik idi.
 

Yeni mühərrik ikiaxınlı turbokompressorla təchiz olunub ki, bu kompressor elektronika ilə idarələnən öncədən buraxılış klapanına malikdir. Ən maraqlısı odur ki, bu mühərrikdə giriş sistemi öndə, turbokompressor və buraxılış kollektoru isə arxada quraşdırlıb. Bundan başqa, mühərrik elektrik su nasosuna, sərt hissəciklər filtrinə və start-stop sisteminə sahib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR