Slimfit
  1. AZƏRBAYCAN

Mərakeş gəncləri Azərbaycanda

Mərakeş gəncləri Azərbaycanda
Sakura

Avqustun 21-dən etibarən Mərakeş gənclərinin Azərbaycana səfəri başlayıb

Avqustun 21-dən etibarən Mərakeş gənclərinin Azərbaycana səfəri başlayıb.
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, proqrama əsasən qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Şəki şəhərində, Qəbələ, İsmayıllı və Göygölrayonlarında səfərdə olacaqlar. Eyni zamanda, qonaqlar bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında görüşlər keçirəcəklər.

31 avqust tarixinədək davam edəcək səfər Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən həyata keçirilir
 
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR