Slimfit
  1. CƏMİYYƏT

“Meqa Sığorta” ASC koronavirusla mübarizəyə vəsait ayırdı

“Meqa Sığorta” ASC koronavirusla mübarizəyə vəsait ayırdı
Sakura

“Meqa Sığorta” ASC koronavirusla mübarizəyə vəsait ayırdı

“Meqa Sığorta” ASC sosial məsuliyyətli sığortaçılıq prinsiplərinə sadiq qalaraq, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Bu məqsədlə “Meqa Sığorta” ASC Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min AZN məbləğində vəsait köçürüb.

 

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayişini zəruri hesab edən “Meqa Sığorta” şirkəti bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır:

“Biz əminik ki, birlikdə lazımi tədbirlərə, eləcə də, ən əsası, Prezidentin və dövlət rəsmilərinin tapşırıqlarına riayət edərək, xalqımız COVID-19-la mübarizədə qalib gələcək!”

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ilin oktyabrından fəaliyyətə başlayaraq, korporativ və fərdi müştərisinə 30 növ könüllü və üç icbari sığorta üzrə xidmət göstərir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR