Slimfit
  1. CƏMİYYƏT

Mənzil qeydiyyatı üçün səyyar sənəd qəbulunun keçiriləcəyi - Ünvanlar

Mənzil qeydiyyatı üçün səyyar sənəd qəbulunun keçiriləcəyi - Ünvanlar
Sakura

Mənzil qeydiyyatı üçün səyyar sənəd qəbulunun keçiriləcəyi - Ünvanlar

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.

Ens.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 21-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, sentyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ünvanında, sentyabrın 25-də isə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16, 933-cü məhəllə ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 19 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR