Slimfit
  1. SİYASƏT

Məntəqə sədri: Seçki prosesində şəffaflıq tam şəkildə təmin olunub

Məntəqə sədri: Seçki prosesində şəffaflıq tam şəkildə təmin olunub
Sakura

Məntəqə sədri: Seçki prosesində şəffaflıq tam şəkildə təmin olunub

"Bələdiyyə seçkilərində aktivlik yüksək səviyyədədir. Şəffaflıq isə tam şəkildə təmin olunub. Vətəndaşlarımız həvəslə məntəqəmizə gəlib, öz səsvermə hüquqlarından istifadə edirlər".

Ens.Az-ın məlumatına əsasən,bu sözləri AZƏRTAC-a açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 14 saylı seçki məntəqəsinin sədri Tural Həsənov deyib.

O bildirib ki, məntəqə üzrə 1443 seçicidən 300-ə yaxını səs hüququndan istifadə edib: "Seçkilərin demokratik şəkildə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Hər kəs rahatlıqla öz namizədinə səs verir. Xeyli sayda müşahidəçi qrupunun seçki prosesində iştirakı da şəffaflıq baxımından əhəmiyyətlidir. Ümid edirəm ki, bu seçkilər xalqımız üçün düşərli olacaq".

Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR