Slimfit
  1. CƏMİYYƏT

Mənsimov növbəti dəfə 100 azərbaycanlı tələbəyə təqaüd verəcək

Mənsimov növbəti dəfə 100 azərbaycanlı tələbəyə təqaüd verəcək
Sakura

Mənsimov növbəti dəfə 100 azərbaycanlı tələbəyə təqaüd verəcək

Mübariz Mənsimovun sahibi olduğu “Mübariz Gurbanoğlu yardımlaşma və eğitim Vakfı” tərəfindən növbəti tədris ili üçün tələbələrə təqaüd proqramı elan edilir.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqaüd proqramı Türkiyədə təhsil alan 100 tələbəni əhatə edəcək.

Təqaüd proqramının əsas məqsədi hazırkı bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, layiq olan tələbələrin təhsillərini davam etdirməsini təşviq etməkdir.

2023/2024 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Təqaüd üçün 100 azərbaycanlı tələbə aşağıda qeyd olunan meyarlar əsasında seçiləcək:

- Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr

- Şəhid ailəsi üzvləri olan tələbələr

- Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının ailə üzvü olan tələbələr

- Maddi vəziyyəti çətin olan tələbələr

Qeyd: “Palmali”nin yeni təqaüd proqramına qeydiyyat 2023-cü il avqust ayının 1-30 tarixləri arasında aparılacaq.

Proqramda iştirak etmək istəyən tələbələr https://mgyardimlasmavakfi.org/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Sənədlərin yoxlanması prosesindən sonra təqaüd proqramına cəlb olunan 100 tələbənin adları açıqlanacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR