Slimfit
  1. AZƏRBAYCAN

Mənsimov da əsəbiləşdi: Gülalıyevin müalicə xərci…

Mənsimov da əsəbiləşdi: Gülalıyevin müalicə xərci…
Sakura

Mənsimov da əsəbiləşdi: Gülalıyevin müalicə xərci…

Bir neçə gün öncə yolu keçərkən avtomobil vurması səbəbindən ağır yaralanan və əməliyyat olunan hüquq müdafiəçşisi Oqtay Gülalıyevin əməliyyat və müalicə xərclərini qarşılamaq üçün sosial şəbəkələrdə kampaniya və yaxud imkanlı azərbaycanlılardan dəstək istənilməsi müşahidə edilir.

Axar.az xəbər verir ki, hətta bununla bağlı Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov da status paylaşmışdı. M.Mənsimov O.Gülaləyevin müalicə xərclərini üzərinə götürməsi tələbi ilə (?) ona müraciət edildiyini, hətta xərci çəkmədiyi üçün təhqir edildiyini bildirmiş və bu təhqirləri yağdıranları azərbaycanlı hesab etmədiyini vurğulamışdı. Həmçinin qeyd etmişdi ki, buna baxmayaraq, O.Gülalıyevi tanımasa da, onun müalicə xərcini üzərinə götürməyə hazırdır.

Sosial şəbəkələrdə isə O.Gülalıyev üçün müxtəlif yardım kampaniyası başlatmaq istəyənlər var. Lakin bu cəhdlərin heç birinin Gülalıyevin ailəsinə aid olmadığı görünür.

Bəs O.Gülalıyevin əməliyyat və müalicə xərclərini kim çəkib və çəkir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, 1 noyabr tarixində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş edib. “City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyib:

“Bu səbəbdən də 1 noyabr saat 14.35-də Oqtay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bütün dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərdiyindən, Oqtay Gülalıyevin xərclərinin də kiminsə üzərinə götürməsinə ehtiyac qalmayıb”.

Professor Adil Qeybulla isə bildirib ki, Oqtay Gülalıyev hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasındadır və müalicəsi Səhiyyə Nazirliyinin nəzarəti altında davam edir.

A.Qeybullanın sözlərinə görə, O.Gülalıyevin həyat yoldaşı da, orada olan digər qohumları da vəziyyətdən narazılıq etmirlər:

“Hazırda heç bir köməyə ehtiyac yoxdur. Çünki dövlət xəstəxanasında dövlətin nəzarəti altında müalicə alır. Mən özüm də reanimotoloqla əlaqə saxlayıb durumu öyrənirəm tez-tez. İndi əsas məsələ durumun yaxşılaşması, daha da ağırlaşmamasıdır. Bizi də, ailəni də indi ancaq bu düşündürür”.

A.Qeybulla hüquq müdafiəçisi üçün başladılan yardım kampaniyası və iş adamı Mübariz Mənsimovun ona yardım göstərmədiyi üçün təhqir edilməsindən də danışıb:

“Sosial şəbəkələrdə yardım kampaniyasının başlanması texniki məsələdir. Bu, o demək deyil ki, O.Gülaləyevin müalicəsi aparılmır deyə, pul yığılır. Mübariz Mənsimovun yardım etməməsi səbəbindən təhqir edilməsi isə olduqca utancvericidir. Mənsimovun borcu deyil ki, hər kəsə mütləq şəkildə yardım etsin”.

Xatırladaq ki, oktyabrın 29-u axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

1 noyabrda isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR