Slimfit
  1. CƏMİYYƏT

“Mənim adımdan yanlış informasiya yayıblar” - DEPUTAT

“Mənim adımdan yanlış informasiya yayıblar” - DEPUTAT
Sakura

“Mənim adımdan yanlış informasiya yayıblar” - DEPUTAT

"Milli Məclisdə uşaqpulu ilə bağlı komissiyanın yaradılması xəbərindən məlumatım yoxdur. Bəzi saytlar mənim adımdan yanlış informasiya yayıblar".

Ens.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

"Sadəcə mənə usaqpulu ilə bağlı komissiyanın yaradılması barədə sual verdilər. Mən də xəbərsiz olduğumu, mətbuatda bu barədə məlumat oxuduğumu bildirdim",- deyə parlamentari əlavə edib.

Vahid Əhmədov bu məsələnin gündəmdən düşmədiyini də vurğulayıb:
"Bu məsələ onsuz da gündəmdədir. Gündəmdən çıxarılmayıb. Milli Məclisin deputatları mütəmadi olaraq bu məsələyə toxunurlar. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bununla bağlı arqumentləri var. Sanballı arqumentlərdir. Bizim arqumentimiz isə odur ki, uşaqpulu məsələsində kimin neçə uşağının olduğu bəllidir. Nə qədər vəsait veriləcəksə, birbaşa ora gedəcək. Eyni zamanda, ünvanlı sosial yardımlarda və digər müavinlərdə müəyyən problemlər yaranır. Vətəndaşlar bu barədə bizə şikayətlər edirlər və sairə"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR