Mendeleyev Bakıya Amerikanı ötməkdə necə kömək etdi
Əvvəlcə Azərbaycanın müsbət imicinin tədricən Rusiya tarixindən necə çıxarıldığı haqqında bir qədər danışaq.
İnternet resurslarında Mendeleyevin Bakı səfərləri necə işıqlandırılıb.
Mendeleyevin Bakıya səfəri haqqında yazmağı düşünəndə, biz həmişə olduğu kimi istinad nəşrlərinə müraciət etdik. Müasir onlayn ensiklopediyalarda və lüğətlərdə, Dmitri İvanoviçin tərcümeyi-halında bu fakt tamamilə olmadığı zaman təəccübümüzü təsəvvür edin.
Bu mənada Vikipediya nümunəsi çox xarakterikdir, alim haqqında daha ətraflı məlumat burada verilir (135000 simvol). Belə bir həcm, "Viki" üçün belə, çox dəhşətli bir şeydir. Ancaq Bakıya səfəri barədə bir kəlmə də yoxdur.
Özü də, məsələ burasındadır ki, onun Bakıda iki abidəsinin olması qeyd olunub (gəl bir onu da yazmayalar, Ukraynadan başqa heç yanda yoxdur), amma niyə onların burada qoyulduğu barədə heç nə yazılmayıb.
Böyük Rusiya Ensiklopediyasında azacıq daha yaxşı yazılsa da, orada da demək olar ki, eyni vəziyyətdir - cəmi bir neçə söz yazılıb:
Mendeleyev dəfələrlə Bakı neft yataqlarınnda olub. Vəssalam.
Ancaq mətninin həcmi Vikipediyadakından (13000 simvol) 10 qat daha kiçik olan Böyük Sovet Ensiklopediyasında bu barədə xeyli böyük məlumat var:
1860-cı illərdən bəri dəfələrlə Bakı neft yataqlarına məsləhətləşmələrə gəlmiş; Neft boru kəmərlərinin çəkilməsinin və neftin kimyəvi xammal kimi çoxyönlü istifadəsinin təşəbbüskarı olmuşdur. Mendeleyev (1877) yüksək temperaturda dəmir karbidlərin dərin sularla qarşılıqlı təsiri nəticəsində meydana gəlmə fərziyyəsini ifadə edən neftin kəsr distilləsi prinsipini təklif etdi.
Bu niyə edilir? Tarixi birtərəfli təmizləməkdən kimə fayda var? Cənubi Qafqazdakı 5-ci kalon kiçik vətəni naminə Rusiya tarixini daha nə qədər dəyişəcək. Özü də bu, təkcə Azərbaycana deyil, Gürcüstana da aiddir ...
Mendeleyev gəncliyində
Və bir az daha ...
Yandex axtarış sistemində "Mendeleyev və Azərbaycan" sorğusunu yazıb axtarış versəniz, yalnızca bu barədə ətraflı məlumat verən yeganə mənbə olaraq Azərbaycan qaynaqları görsənəcəkdir.
"Mendeleyev və Ermənistan" ifadəsini axtarsanız, ru zonasında saytlar dənizi görünəcək, burada Mendeleyevin dövri sisteminin erməni əlifbasında şifrələndiyi barədə en qədər yazılar üzə çıxacaq.
Göründüyü kimi, səbəbindən asılı olmayaraq, bu məsələdə də geridə qalırıq.
Əldə bunlar varkən :
- Mendeleyev Bakıya dörd dəfə səfər edib (1863 - 1886);
- Bakı yataqları ilə bağlı nəşr olunmuş kitab ("Bakı Neft İşləri");
- digər nəşr olunmuş əsərlərdə onlarla arayış ("Neft emalı zavodlarını harada qurmaq lazımdır?", "Neft işləri haqqında", "Şimali Amerikanın Pensilvaniya və Qafqaz əyalətindəki neft sənayesi" və s.);
- böyük alimin abidəsi və büstü də Bakının mərkəzində.
Bunu adi rusdilli insanlara çatdıra bilmirik.
Əminəm ki, nəinki Rusiya auditoriyası, heç Azərbaycanda da hamı bu barədə bilmir.
Axundov adına kitabxananın girişində Mendeleyevin heykəli və keçmiş AZİ yaxınlığındakı büstü
Axı o, yalnız böyük alim deyil. Mendeleyev dünyanın bütün dərsliklərinə yazılmış az adamlardan biridir. Yəni Yerdəki 7,7 milyard insanın çoxu onu tanıyır.
İnsanlar Bakı və ya Azərbaycan haqqında heç bir şey bilmir, amma Mendeleyev haqda onun dövri sistemindən keçdikləri üçün bilirlər. Və o, Bakıya bu qədər diqqət yetirirdi.
Niyə biz bundan istifadə etmirik? Ən azı turist bələdçiləri və qovluqlarında.
Fikrimizcə, bəzi dövlət qurumları bu məsələ üzərində daha dəqiq düşünməlidirlər.
Dmitri İvanoviç Mendeleyev Bakıda
Dmitri İvanoviç Abşeronda neft istehsalının inkişafında əvəzsiz xidmətlər göstərdi - bu bir həqiqətdir. Ancaq Bakı da alimə çox şey verdi. Unutmaq olmaz ki, onun Azərbaycana ilk səfəri 29 yaşında, hələ tədqiqatçı kimi formalaşmağa davam etdiyi zaman baş tutmuşdu.
Heç də boş yerə deyil ki, onun sonradan həyatının işinə çevrilən maraqlarının çoxu ilk dəfə Bakıda praktikada tətbiq olundu.
Dmitri İvanoviç Mendeleyev (27 yanvar, [8 fevral] 1834, Tobolsk - 20 yanvar [2 fevral] 1907, Sankt-Peterburq) rus ensiklopedik-alimi, kimyaçı, fizik-kimyaçı, fizik, metroloq, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, neftçi, pedaqoq, cihaz düzəldicisi. İmperator Sankt-Peterburq Universitetinin professoru, İmperator Sankt-Peterburq Elmlər Akademiyasının fizika üzrə müxbir üzvü. Ən məşhur ixtirası - kimyəvi elementlərin dövri cədvəlidir, bu, bütün təbiət elmləri üçün ayrılmaz olan kainatın əsas qanunlarından biridir. ”Kimyanın əsasları” klassik əsərin müəllifidir. Gizli müşavir.
Vasili Aleksandroviç Kokorev. Başlanğıc
Hər şey XIX əsrin ən varlı rus iş adamı Vasili Aleksandroviç Kokorev ilə başladı. 50-ci illərin sonlarında onun sərvəti görünməmiş həddə - 8 milyon qızıl rubla çatdı və o, fəal şəkildə bu pulları tətbiq etməyə yerlər axtarırdı.
Vasili Aleksandroviç Kokorevin portreti. 1860-cı illər Rəssam Vasiliy Timm
Və bu zaman - Bakıda yenicə yaranan neft bumu - pul yatırımı üçün böyük bir sahə. Ən əsası - super gəlirli. Təcrübəli iş adamı dərhal "qızıl damarı" hiss etdi və 1857-ci ildə "Transxəzər Ticarət Tərəfdaşlığı" (nizamnamə kapitalı 2 milyon olan) yaratdı.
Nobel qardaşlarının gəlişinə hələ 15 il qalırdı.
1858-ci ildə Suraxanıda Kokorev, fotogenik (Ağ neft) zavodu tikməyə başladı. Layihə məşhur alman alimi Yustus fon Libixə (iki il sonra Bavariya Elmlər Akademiyasının prezidenti oldu) sifariş edilir.
1859-cu ilin əvvəlində inşa edilən bu müəssisə dünyada ilk neft emalı zavodu oldu.
Atəşgah Məbədinin düz yanında yerləşən ən müasir texnologiyalara əsaslanan bu zavod Rusiya imperiyasının qüruruna çevrildi.
Kokorevin zavodu XIX əsrin 70-ci illərində bu cür görünürdü
Ancaq əslində hər şey olduqca kədərli oldu. Nəzəri alman qurğusunun praktiki səmərəliliyi çox aşağı idi. Çıxışda 15% -dən çox olmayan və elə də təmiz olmayan ağ neft alınırdı. "İşıqlandırma yağları" istehsalı da ödənmirdi.
Belə olduqda , 1860-cı ildə zavoda rus mütəxəssisi Vilhelm Eyxler dəvət edildi.
Vilhelm Eduardoviç Eyxler, Moskva Universitetində kimya və əczaçılıq magistri olmaqla, Bakıya gəldi və burada həmişəlik qaldı. Bakıda məşhur Eyxlerlər soyadının əsasını qoydu.
Burada Neft Sənayesi Sahibləri İttifaqı" nın keyfiyyət nəzarətçisi işləyəndə, öz hesabına Qubernator Bağı (o zaman Mixaylovski) üçün ekzotik bitkilər gətirdi. Qardaşı, Parapet Meydanında bütün Bakıya məlum olan "Eyxler Apteki"ni açdı.
İkimərtəbəli bina - Eyxler apteki
Onun oğlu Karl Eyxler köhnə Bakının bir çox binalarının, o cümlədən Lüteran kilsəsi və Aşumov məscidinin layihələrinin müəllifi idi.
Aşumov məscidi və Lüteran kilsəsi (Bakı)
Eyxlerin gəlişi müəssisənin tamamilə yenidən qurulması ilə əlamətdar oldu.
Ondan əvvəl, ağ neft qır kimi xüsusi hazırlanmış sıx bir maddədən alınırdı, ancaq o, xam neftdən birbaşa distillə edilməsini təklif etdi. Bu, Kokorev üçün əlavə xərc əmələ gətirdi, amma başqa yol yox idi.
1863-cü ilə zavod artıq tam gücü ilə işləməyə başlayır. Ancaq məhsuldarlıq artsa da, Kokorevi artıq saxlamaq mümkün deyildi. Üstəlik, zavod ziyanlı olmağa davam edirdi.
Hiyləgər biznesmen yalnız elmi düşüncənin uçuşu ilə imkanların məhdud olduğu elmin ön cəbhəsində olduğunu başa düşdü. Və dahi külçəni axtarmağa başlayır.
Dmitri İvanoviç Mendeleyev
Bu zaman 29 yaşlı dosent Mendeleyev müəllimlik və tədqiqatla məşğuldur.
Şəxsi Dosent Mendeleyev
Az əvvəl o, Heydelbeqr Universitetindən ("qabaqcıl tədqiqatlar üçün") illik ezamiyyətdən qayıtmışdı, sonra Üzvi Kimya dərsliyini yazmışdı (1862). İmperator Universitetində (Sankt-Peterburq) kimya və fiziki coğrafiyadan dərs deyirdi.
Ancaq gözlənilmədən onun dərsliyi böyük uğur qazanır. Akademik ictimaiyyət təəccüb içindədir:
Kitab qısa tədris dərsliyində elmin sərbəst emalının nadir hadisəsi oldu; emallar,… dərslik kimi kitabın təyinatına son dərəcə uyğundur. Akademiklər Zinin və Frisşenin rəyindən
Bundan əlavə, dərslik üçün Mendeleyev Demidov mükafatına - imperiya Rusiyasındakı ən nüfuzlu qeyri-dövlət mükafatına layiq görülür.
Təbii ki, Kokorev bunun yanından keçə bilməzdi. Gənc, çox perspektivli, bundan başqa üzvi- kimyaçı.. və O, Mendeleyevi Bakıya çağırır.
1905-ci ildə, 71 yaşlı Mendeleyev, "Ən istəkli fikirlərdə" həyatının bu epizodunu xatırlayacaqdı:
1863-cü ildə o vaxtkı məşhur fiqur Kokarev məni Bakıya getməyə dəvət etdi, o, burada neft emalı ilə məşğul olurdu və illik zərəri 200.000-dən az deyildi. “Ya zərərləri aradan qaldırmağa kömək edin, ya da zavodu bağlayın”- dedi və mənə yol xərci kimi 1000 rubl verdi ki, gedib işlərini aydınlaşdırım və mümkün olarsa, öhdəmdə olan qısa müddətdə onları qaydaya salım. Bu işə həvəslə yanaşdım, təkcə ona görə yox ki, həmin vaxt ailəli idim və aylıq maaşımdan iki dəfə çox olan 1000 rubl lap yerinə düşürdü, xüsusən, onun üçün ki, işin özü məni hədsiz maraqlandırmışdı. Yerində mümkün olduğu qədər hər şeyi nizama salmağa çalışdım və belə alındı ki, artıq bir il sonra xalis gəlir 200.000 rubldan artıq idi.
Əslində, hər şey bu qədər sadə deyildi. Mendeleyevin dahiliyi onun yalnız böyük kimyaçı olmasında deyil, həqiqətən dahi olması ilə əlaqədardır. Hər şeydə.
Eyxler ilə birlikdə zavodu modernləşdirməyə başlayırlar. Xam neftin distilləsinin fasiləsiz üsulunu fikirləşirlər. Lakin Mendeleyevin baxışları daha genişdir. Dünyada ilk olaraq neft məhsullarının qiymətində böyük payın nəql etmədə formalaşdığını başa düşür. Əvvəlcə neft emalı zavoduna neft, sonra satış nöqtəsinə ağ neft.
Mendeleyev
Məhz o vaxt Bakıda, 1863-cü ildə Mendeleyev neft və neft məhsulları üçün boru kəmərləri yaratmaq ideyasını irəli sürdü. Bunun üçün sübut bazasını yekunlaşdırdı, konstruktiv xüsusiyyətlərini açıqladı.
Dmitri İvanoviç Bakıya ikinci dəfə gələndə, 1878-ci ildə Rusiyada (uzunluğu 10 km) ilk neft kəməri Abşeronda işə salınacaq. Balaxanıdan Qara şəhərə. Tanınmış mühəndis Vladimir Qriqoryeviç Şuxov tərəfindən hazırlanmışdı.
Təəssüf ki, bu Penselvaniyadakı boru kəmərindən 4 il sonra idi.
Hələlik isə:
O vaxt nefti taxta çəlləklərə tökür və at qoşulmuş nəqliyyatla daşınırdı. Nə qədər məhsul yerə tökülür, itkiyə gedirdi. Hər ikinci quyunun su ilə deyil, neftlə dolduğu Abşeronda onun dəyəri heç hiss olunmurdu.
Neft quyudan çəlləyə tökülür
Mendeleyev bu problemi həll edir. Qalay çəlləklərin istehsalını qaydaya salmağı, dəniz daşınmasını öyrənməyi, neftin və hazır məhsulun saxlanılması üçün rezervuarları qoymağı təklif edir.
Onun ideyaları və təklifləri gələcək illərdə neft hasilatının inkişafı üçün əsas istiqamət təşkil etdi . Və bu, Bakıdakı bir neçə həftəlik iş zamanı edildi.
Mendeleyevin islahatlarından bir il sonra, Ağ Neft Zavodu əhəmiyyətli qazanc verməyə başladıqda Kokorev yenidən Dmitri İvanoviçə üz tutdu. Bu dəfə daimi bir iş təklifi ilə.
Kokarev o zaman yanıma gələrək Bakıdakı işini idarə etmək üçün getməyi və ildə 10000 rubl və xalis gəlirdən 5% -ə qədərini təklif etdi. Bir dəqiqə belə düşünmədən imtina etdim, əlbəttə ki mənim yerimdə ingilis, fransız, ya da bir alman olsaydı heç bir vəchlə bu cür etməzdi. Ağıllı V.A Kokarev, imtinanın səbəbləri barədə məni sorğu-sual etməyə başladı, bütün gətirdiyim dəlilləri (təqaüdlə, elm sahəsində çalışmaqla bağlı və s) və ya bəhanələri təkzib etdi və və çox haqlı olaraq belə bir nəticəyə gəldi ki, bütün bunlar Rusiyanın irəliləməyinin qarşısını alan lazımsız ağayanalıq düşüncələridir. Yalnız özü qoca olanda Kokarev doğma rus zehniyyətinin ortaq duyğusuna necə əməl etməli olduğunu, bunun isə bizi yel dəyirmanları ilə mübarizə aparmağa təşviq edən Don-Kixotluq olduğunu başa düşdü.
Mendeleyevin xatirələrindən (" Ən istəkli fikirlər", 9-cu cild)
10 min rubl, gəlirin 5% -i belə hesablanmasa da, o dövrlər üçün nəhəng məbləğ idi. Mütəxəssislərin fikrincə, ticarət-sənaye fəaliyyətindən belə gəlirə bütün Rusiya üzrə cəmi bir neçə min insan malik idilər. Və burada muzdlu işçiyə təklif edilirdi .
Ancaq ən maraqlısı budur ki, yaşlandığı illərdə Dmitri İvanoviç imtina etdiyinə görə peşman olmuşdu. Və pula görə deyil, ölkəyə əhəmiyyətli fayda gətirə biləcəyini başa düşdüyü üçün.
Amerika və yenə Bakı
Bakıdan sonra neft mövzusu əbədi olaraq Mendeleevin aparıcı maraqlarından birinə çevrilir. Sankt-Peterburqa gələrək fəal şəkildə Abşeron yarımadasında neft sənayesinin inkişafına mane olan iltizam hərraclarına qarşı çıxır, neftlə bağlı bir sıra əsərlər yazır. Dövlət məmurlarına öz təklifləriylə müraciət edir.
1867-ci ildə Mendeleyev, neft iltizamlarının ləğv edilməsinin zəruriliyi haqqında ətraflı bir qeyd hazırladı və Rusiya Texniki Cəmiyyətinin fəxri sədri olan Leyxterberq hersoqu N.M.Romanovskiyə (II Aleksandrın qardaşı oğlu) verdi. Bir neçə illik mübarizədən sonra 1873-cü il yanvarın 1-də neft yataqlarının geri alınması ləğv edildi, daha doğrusu, uzunmüddətli icarə və aksiz vergisi ilə əvəz olundu. Neft sənayesi dərhal əhəmiyyətli bir irəliləyiş əldə etdi: əgər 40 il ərzində "satın alınan" illərdə Bakı bölgəsində cəmi 7,4 milyon pud neft hasil olunmuşdusa, sonrakı 13 il ərzində artıq 458,7 milyon puda qalxmışdı.
Bu sahəyə o qədər aludə olmuşdu ki, 1876-cı ildə neftçıxarma sahəsində dünya liderində işlərinin necə olduğunu yerində öyrənmək üçün ABŞ-a gedir.
Səfərinin nəticəsi olaraq "Şimali Amerika Pensilvaniya əyalətində və Qafqazda neft sənayesi" kitabını yazır. Orada qeyd edirdi:
Bizim Bakı ... texniki işçilərin distillə ilə əlaqədar amerikalılardan öyrənməli heç bir şeyi yoxdur, nəsə almaq mümkündürsə, bunlar bəzi mexaniki qurğulardır.
Niaqara şəlaləsində, 1876.
1878-ci ildə ikinci dəfə Bakıya gələrək Mendeleyev sürtkü yağlarının istehsalına xüsusi diqqət yetirir. Neft hasilatının daha çətin olduğu ABŞ-da gördüklərindən sonra o, Bakı yataqlarından neftin istilik və işıqlandırma üçün istifadə edilməsinin bu nemətə qarşı necə ehtiramsız yanaşma olduğunu anlayır.
Hətta distillə üçün sobaların qalanmasını o daş kömürlə həyata keçirməyi təklif edir. Neftdən yalnız yüngül fraksiyaları deyil, həm də sürtkü yağlarını əldə etməyin böyük faydasını sübut edir.
Mendeleyevin məşhur "neft yanacaq deyil, əskinaslarla da qalamaq olar" ifadəsi də bu dövrə aiddir.
Bakı, 1880
Cəmi iki il sonra Mendeleyev yenidən Bakıdadır. 1879-cu ildə Rusiyanın ilk maşınqayırma zavodunun layihələşdirilməsində iştirak etdi və Bakıda əsas səhvini bir qədər də irəli çəkməyə çalışdı - alim isti iqlimdə emal müəssisələrinin qurulmasının iqtisadi cəhətdən səmərəli olmadığına inanırdı.
Nüfuzlu alimin bu yanaşması neft kompleksinin gələcək inkişafında bir çox problemə səbəb oldu. Xam neftin çox hissəsini Bakıda emal gücünün olmaması səbəbindən şimala nəql etmək lazım gəlirdi.
Dmitri İvanoviç Mendeleyev
Həmin səfər zamanı rus aliminə heyran olan Zeynalabdin Tağıyevlə yaxınlıq yaranır (onun avtoqraflı şəkli uzun illər neft sənayesiçi və xeyriyyəçisinin kabinetini bəzəyəcək).
Mendeleyev isə Tağıyev haqqında bunları yazır:
Hacı Tağıyevi böyük əzmlə, dəniz və Bakı yaxınlığındakı Bibiheybət ərazisini əldə edərək burada qazmağa başlayan Bakı neft işinin çox vacib bir yerli mühərriki hesab etmək lazımdır.
Demək olar ki, hamısı fontan vuran bir çox quyu qazdı, hasilatın yaxınlığında geniş bir zavod qurdu, Rusiya və xarici ticarətə başladı və bütün işini o cür ehtiyatla apardı ki, Bakıdakı bir çox böhranlara sakit bir şəkildə tab gətirdi və bununla da az miqdarda vəsaitlə belə (1863-cü ildə mən Tağıyevi kiçik bir podratçı kimi tanıyırdım), amma bütün əməliyyatlara ağlabatan bir münasibətlə neft biznesinin tez bir zamanda vəsait toplamağa xidmət edə bilməsinin nümunəsini göstərdi (c) "Neft", Mendeleyev.
Bakı, 1886
Bu səfər Dövlət Əmlak Nazirliyinin rəsmi ezamiyyəti əsasında baş tutmuşdu. Mendeleyevə Bakı neft yataqlarının perspektivlərini qiymətləndirmək tapşırılmışdı.
Bu vaxt artıq Bakıda Nobel qardaşları, Rotşild işləyirdi, neft milyonçularının qalaktikası meydana çıxmışdı və dövlət ehtiyatların tükənə biləcəyindən qorxurdu.
Səfərin sonunda Mendeleyev 135 səhifəlik geniş bir hesabat yazır. Orada ehtiyatların təhlilindən tutmuş, neft sənayesinin gələcəyi ilə bağlı hər şey var. Bu hesabat o qədər hərtərəfli və müfəssəldir ki, on illər boyu neft istehsalçılarının stolüstü kitabı halına gəldi. O " Bakı Neft İşi" adı ilə ayrıca kitab şəklində də nəşr edilmişdi.
Zati-aliləri Dövlət Əmlakı Naziri, cənab Mixail Ostrovskiyə
Siz yüksək izn göstərməklə mənə bu ilin yayında Abşeron Yarımadasına baş çəkməyi və orada neft sənayesinin mövcud durumu barədə məlumat toplamağı və və bu sənayenin uğurlu inkişafı üçün hansı tədbirləri görməyin faydalı olacağı barədə təkliflər hazırlamağı tapşırmışdınız. Bu tapşırığı yerinə yetirərək mən may və avqust aylarında Qafqaza səfər etdim və hazıda neft sənayesi haqqında bildiklərim əsaında yerində öyrəndiklərimin nəticəsini təqdim etmək şərəfi duyuram.
"Baku Neft İşi" kitabının başlanğıcı
Mendeleyevin hökmünü yalnız hökumətdə gözləmirdilər. Bakıya son səfərində onu kral kimi qarşılayırlar. Bütün neft elitası səbirsizliklə onun deyəcəyi nəticəni gözləyir. Axı, onların sonrakı fəaliyyətləri onun proqnozundan çox asılıdır.
Və Mendeleev hər kəsi sakitləşdirir :
Mənə Bakının istismar olunan ərazilərində neftin tükənməsinin başlanmasının bir əlaməti məlum deyil ... Bakı nefti bütün dünyaya çatacaq.
1899-cu ildə İmperator Rusiya neft hasilatında ABŞ-ı qabaqlayır, bunun 95% -i Bakı yaxınlığındakı Abşeron yataqlarında istehsal olunur.
Mənbə: Визит в Азербайджан
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət