Dərc edildi: Baxış sayı: 483
Məmo bəy Məmai - Neyləyim, cövr eləyir çərxi-cəfakar mənə
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,
Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Bəxt tək uz cevirib məndən, əzizani-cahan,
Taleim olmadı bir ləhzə mədədkar mənə.
Qoymadı dəhrdə bir dəm goz acım, iqbalım,
Necə iqbal? Sərasər olub idbar mənə.
Qəmküsarım nə qədər var idi, yeksər getdi,
Deməyə dərdimi yox bircə nəfər yar mənə.
Qalmışam Şişədə, daş icrə qalan şişə kimi,
Ləl tək qan yedirib ceşmi-guhərbar mənə.
Harı ol zövqü səfa, əhli-vəfa yığnağı?
Qalmayıb dəhrdə bir munisi-qəmxar mənə.
Ey Məmai, gedib ərbabi-vəfa aləmdən,
Xəlqdən indi yetir zəhmətu azar mənə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət