Slimfit
  1. AZƏRBAYCAN

Məmmədyarovla Mnatsakanyanın qarşıdakı görüşündən nə gözləyək

Məmmədyarovla Mnatsakanyanın qarşıdakı görüşündən nə gözləyək
Sakura

Məmmədyarovla Mnatsakanyanın qarşıdakı görüşündən nə gözləyək

Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 22-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Ertəsi gün onun Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla bir araya gələcəyi bildirilir.

Maraqlıdır, danışıqlar prosesinin Rusiyadan ABŞ-a doğru istiqamət götürməsi Azərbaycana nə vəd edir, müsbət nəticə gözləmək olar ?

Bu barədə sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli Modern.az-a danışıb.

Politoloqun sözlərinə görə, Amerika tərəfi danışıqlar prosesində daha mütərəqqi mövqe tutur.

“ABŞ Qarabağdakı 7 rayonun dərhal geri qaytarılmasını məsələnin həlli yolunda mühüm mərhələ hesab edir. Bu, Boltonun dilindən dəfələrlə bəyan edilib. ABŞ işğal faktını bilir, amma bunu siyasi açıqlama şəklində həyata keçirmir. Onu da deyim ki, 7 rayonun qaytarılması mütərəqqqi addım olsa da, bütövlükdə Azərbaycanın problemlərini həll etmir. Çünki belə olan halda Dağlıq Qarabağ problemi bütövlükdə öz həllini gözləməli olur”.

Qabil Hüseynli deyir ki, Azərbaycan tərəfi hətta Rusiyanın 5 rayonun geri qaytarılması haqqında fikrini də qəbul etməyə hazır idik.

“Açığı ruslar bu məsələni elə qarışıq ediblər ki, 5 rayondan o tərəfə addım atmaq olmur, Laçın və Kəlbəcərin taleyi şübhə altındadır. Belə ki, məqsəd Ermənistanla Dağlıq Qarabağ arasında körpü rolu oynayan Laçını əldə saxlamaqdır. Paşinyanın olduğu müddətdə sarsıdıcı zərbə vurmadan ərazi bütövlüyümüzü bərpa etməkdə  çətinlik çəkəcəyik. Lap Amerika müəyyən təzyiqlər göstərsə də, Paşinyanı işğal edilmiş Dağlıq Qarabağ hüdudundan kənardakı rayonları qaytarmağa razı salmaq çətin olacaq. Bu nöqteyi-nəzərdən də məsələnin güc variantı gündəmdədir, Azərbaycan da məhz bu tərəf üzərində işləməlidir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR