Slimfit
  1. AZƏRBAYCAN

Məmmədyarov və Mnatsakanyan yenidən görüşəcək - Bəyanat

Məmmədyarov və Mnatsakanyan yenidən görüşəcək - Bəyanat
Sakura

Məmmədyarov və Mnatsakanyan yenidən görüşəcək - Bəyanat

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə Minsk Qrupunun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən görüşlərinə dair yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub: "Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdiriblər. Həmsədrlər və nazirlər regionda vəziyyəti müzakirə ediblər və narahatlıq doğuran bir sıra insident və bəyanatlara aydınlıq gətiriblər".

Həmsədrlər davam etməkdə olan insan itkisi faktları ilə bağlı dərin təəssüf hisslərini ifadə ediblər. Onlar eskalasiyanın təhlükələri barədə nazirlərə xəbərdarlıq ediblər, tərəfləri müsbət ab-havanın formalaşmasında konstruktiv iştirak etməyə və vəziyyəti gərginləşdirə biləcək ritorikadan qaçmağa çağırıblar.

Həmsədrlər bununla yanaşı vurğulayıblar ki, hərtərəfli nizamlanma üçün bütün tərəflərdən güzəştlər tələb olunur: "Nazirlər bu konteksdə danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlərin, həmçinin gərginlik səviyyəsinin azaldılması məqsədi ilə addımlar atılmasının mühüm olduğunu təsdiq ediblər. XİN rəhbərləri ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər. Vasitəçilər yaxın gələcəkdə bölgəyə səfər etməyi, ardınca isə müvafiq qurumları danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırırlar".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR