Dərc edildi: Baxış sayı: 471
Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü
Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva Tvitter səhifəsində yazıb.
"Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət