Slimfit
  1. SİYASƏT

Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb

Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb
Sakura

Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru Odre Azule ilə görüşdü.

Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söylədi. Komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə etdi.

Tərəflər UNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, kommunikasiya, gender bərabərliyi və digər sahələr üzrə mövcud olan fəal və səmərəli əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi apardılar.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində və UNESKO dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusilə vurğulandı.

Xanım Odri Azuley UNESKO-nun sadiq və fəal üzvü qismində çıxış etdiyi üçün Azərbaycana təşəkkürünü bildirdi və təşkilatın islahatlarının həyata keçirilməsi baxımından məhz öhdəliklərinə sadiq üzv ölkələrə ehtiyac duyulduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov UNESKO ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini və bu xeyirxah təşklatla əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirdi.

Azərbaycanın zəngin irs nümunələrinin UNESKO Siyahılarına daxil edilməsində maraqlı olduğunu qeyd etdi. O, mədəni irsin qorunması mövzusuna həssas yanaşdığımızı bildirdi və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni, tarixi və dini irsimizin Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını qarşı tərəfin diqqətinə çatdırdı.

Görüşdə tərəflər, habelə dünya irsinin qorunması sahəsində UNESKO tərəfindən həyata keçirilən mühüm layihələr üzrə fikir mübadiləsi apardılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR