Məmmədyarov dünya çempionunu geridə qoydu
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İsveçrənin Bile şəhərində böyük şahmat festivalı çərçivəsində keçirilən Qrossmeysterlər Turnirində birinci yerə yüksəlib.
Oxu.Az xəbər verir ki, 6-cı turda qara fiqurlarla oynayan idmançımız yerli şahmatçı Niko Georgiadisə qalib gəlib.
Dünya çempionu, norveçli Maqnus Karlsen liderdən yarım xal qalır. Turnirin ilk iki turunda qalib gələn dünya çempionu sonrakı dörd görüşün hamısını heç-heçə başa vurub.
Altıncı turda Karlsenin rəqibi Çexiya nümayəndəsi David Navara olub.
Beləliklə, 6 turdan sonra 4,5 xal toplayan Məmmədyarov liderdi. Onu Karlsen (4 xal), Svidler, Navara, Vaşye-Laqrav (hamısı 3 xal) və Georgiadis (1,5) təqib edirlər.
Növbəti turun oyunları iyulun 29-da keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət