Dərc edildi: Baxış sayı: 625
Məmməd Səid Ordubadi - Gözəl
Bu dünyada varsa əgər bir dilbər,
Onda bu nişanlar müəyyən gərak:
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfii qamətinə tən gərak.
Yanağı lalətək, bahari kimi,
Ləbləri yaqutun kənari kimi,
Bir danə nasüftə mirvari kimi
Başdan-ayağatək ağ bədən gərak.
Təmizliyə ola bir az həvəsi,
Olmaya aşiqə nazü qəmzəsi,
Soğan qoxa danışanda nəfəsi,
Amma sanmsağı az yeyən gərak.
Qovli sadiq ola, hər feli halal,
Bilməyə ki, fıtnə nədir, məkr, al,
Qultək dura qabağında, nitqi lal,
Kəsilsə də başı dinməyən gərək.
Növrəsidə: on dört, on beş yaşmda,
Eyb olmaya kiprigində, qaşında,
Əgər olmasa da ağlı başında,
Şərt budur, bəyənə Hac Həsən gərək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət