Slimfit
  1. ƏDƏBİYYAT

Məmməd Mübariz Əlizadə - Dedilər ki, saqqalına əcəb yaxıbsan həna

Məmməd Mübariz Əlizadə - Dedilər ki, saqqalına əcəb yaxıbsan həna
Sakura

Məmməd Mübariz Əlizadə - Dedilər ki, saqqalına əcəb yaxıbsan həna

Dedilər ki, saqqalına əcəb yaxıbsan həna,
Oxşatmısan qaralıqda pozduğun inkar "nun"a*.
Bəli, həna qoymuşam mən, belə bir adət vardı,
Peyğəmbər də, imamlar da - hamı həna qoyardı.
Qocalıqın rəngi bilib, çal saqqalı imamlar,
Gizlətməyə çalışmışlar, bunun məgər eybi var?
Ağ tük Allah izni ilə bir nur kimi parlayır,
Boyamışam, Allah özü Günəşi də boyayır.
Gün tutulur, demək, Allah ona başqa rəng verir,
Bu rəng ilə insanların taleyini göstərir.
Görəndə ki, çallaşmışam, yaş axıtdım gözümdən,
Gömür kimi yandı, qara xətlər açdı üzümdən.
 
Yaş yerinə yanağıma gözümdən axdı qanlar,
Bu qaydadır, qan hər yerdə quruyarsa, qaralar.
Ömrüm boyu ürəyimdə eşq odu alovlanır,
Ürəyimin ahla çıxan tüstüsüdür, qaralır.
Peyğəmbər öz dostlarına eyləmişdir vəsiyyət,
Sürmə çəkin, həna qoyun, qocalıqdır əziyyət.
Qocalanda gözlərinə dünya qara görünür,
Demək, gənclik səmasının parlaq ulduzu sönür.
Ağ saç mənə tənə vurur, deyir: şair, qocaldın,
Qocalığın dərdi budur, tükdən də töhmət aldın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR