Dərc edildi: Baxış sayı: 571
Məmməd Mübariz Əlizadə - Asudə olsaydım əgər bircə an
Asudə olsaydım əgər bircə an,
Darül-xilafədə yazardım divan.
Bardada atılmış bir daş olsam da,
Yüksəyəm bu xurma ağaclarından.
Məhəbbət cagırır Şirvana məni,
Əhdim var onunla, pozmaram, inan!
Bağdadlı dostlarım məni atdılar,
Bilirdim, onlardan çəkərəm ziyan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət