Slimfit
  1. DÜNYA

Memarlıq quruluşu ilə heyrətləndirən tikintilər

Memarlıq quruluşu ilə heyrətləndirən tikintilər
Sakura

Memarlıq quruluşu ilə heyrətləndirən tikintilər

Dünyanın müxtəlif ərazilərində görənləri heyrətləndirən qeyri-adi memarlıq quruluşuna sahib tikintilər yerləşdikləri şəhərin tanınmasında böyük rol oynayır.

Metbuat.az dünyanın ən qeyri-adi tikintilərini təqdim edir.

 

Oculus(göz)

11 sentyabr hücumundan sonra Əkiz qüllələrin yerində tikilən Dünya Ticarət Mərkəzinin girişində yerləşən Oculus (göz) dünyanın ən bahalı qatar stansiyası olma xüsusiyyətini daşıyır. Bu qatar stansiyası ispan memar və mühəndis Santiaqo Kalatvara tərəfindən polad qabırğa və şüşədən ibarət böyük bir ovval quş formasında dizayn edilib.

1

Liziba stansiyası

Bu stansiya dağlıq şəhər olaraq tanınan Çonçingin qarmaşıq ərazi quruluşu səbəbi ilə 19 mərtəbəli binanın altı və səkkizinci mərtəbələri arasında yerləşir. 2004-cü ildə fəaliyyətə başlayan stansiyanın inşasında səs azaltma avadanlığı qurulduğu üçün qatar keçən zaman səs səviyyəsi 60 desibeldən az olur.

4

“Hundertvasser House”

Avstraliyalı sənətkar Friedensreich Hundertvasserin düşüncəsi ilə memar Josef Kravina tərəfindən Viyanada inşa edilib. Xarici görünüşü rəngli olan bu binada 52 mənzil, 4 dükan var. 1983-1986-cı illərdə inşa edilən bu evin damı torpaq və otla örtülüdür.

9

“The piano house”

2007-ci ildə An-hui şəhərində yerləşən bir kollecin musiqi tələbələrinə dərs yeri olaraq musiqi sevərlər tərəfindən tikilib. Pionina evi gücləndirilmiş şüşədən hazırlanmış şəffaf bir violençel və pioninadan ibarətdir. Pionina evinə girmək üçün əvvəlcə violençelin içərində yerləşən pilləkənləri istifadə etmək lazımdır.

11

“The Shard”

İngiltərənin paytaxtı Londonda yerləşən bu göydələnin tikintisinə 2009-cu ilin mart ayında başlanıb və 2012-ci ilin noyabr ayında tamamlanıb. Bina italyan memar Renzo Piano tərəfindən dizayn edilib, polad və şüşədən inşa edilib. “The Shard”da ofislər, restoranlar, mağazalar və beş ulduzlu otel mövcuddur. Tikinti 309 metr yüksəklikdədir və 95 mərtəbədən ibarətdir.

14

“Zhuhai opera hause”

Çinin Zhuhai şəhərində dəniz qabığı şəklində opera binası “Zhuhai opera hause” təxminən 50 kvadratmetrlik sahədə inşa edilib. İçində 550 nəfərlik konsert salonu, teatr salonu, bir salon və bir səhnə var.

6

 

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR