Dərc edildi: Baxış sayı: 587
Məlikballı Qurban - Qurban olduğum
Yenə saldı məni eşqi-cünuna,
Lalə üzarına qurban olduğum.
Hərdən baxıb işvə verər nazilə,
Çeşmi-xumarına qurban olduğum.
Zülfi-pərişanm töküb dalma,
Canım qurban ağ üzündə xalma,
Yaxşı həyasma, xoş məqalma,
Şirin göftarına qurban olduğum.
Məlikballı Qurban mayili şinə,
Xəlvət xanasma, əlvan eyşinə,
Cənnət heyvasmı qoyub döşünə,
Tazaca narına qurban olduğum.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət