Dərc edildi: Baxış sayı: 651
Məlikballı Qurban - Qılmandan
Ey ağalar, sizə bir ərz eyləyim,
Rovzeyi-rizvandan, huri-qılmandan.
Türrəyi-tərrari şahmara bənzər,
Bu tövr insandan, belə canandan.
Sinəsi mərmərdən, qəddi ərərdən,
Bir müşkü ənbərdən, mahi-ənvərdən,
Qəndi mükərrərdən, dili şəkərdən,
Zülfü pərişandan, qaşı kamandan.
Məhbubül məhbubdan, xosrüvi-xuban,
Zalımi-cansitan, telləri reyhan,
Məlikballı Qurban, yoxdur belə can,
Bir yan İsfahandan, ya Xorasandan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət