Dərc edildi: Baxış sayı: 606
Məlikballı Qurban - Gərək
Gözəl olan verir özünə bəzək,
Gözü nərgiz, şimşad ayağı gərək.
Giribani hər tərəfdən ola çak,
Görünə sinənin ay ağı gərək.
Gəl, gir bu bağçaya laləsin bilək,
Görək qönçələrin, laləsin bilək,
Gəlməz təkəllümə laləsin bilək,
Gər olmuş əğyara a yağı gərək.
Geyin al yaşılı, gəl olma binəng,
Gəşq eylə səhranı, gəl olma binəng,
Məlikballı Qurban, gəl olma binəng,
Kababın yanmağa a yağı gərək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət