Dərc edildi: Baxış sayı: 655
Məlikballı Qurban - Bilirmi
Ərzi-halım qasid, söylə dildara,
Gör ki, mənim ahü-zarım bilirmi?
Dolanıb başma, öp ayağmı,
Üzülübdü ixtiyarım bilirmi?
Saxlaram hicranda qəmgin başımı,
Axtarıb tapmanam ol sirdaşımı,
Gözlərindən axan qanlı yaşımı,
Ala gözlü nazlı yarım bilirmi?
Yandım hicr oduna, yoxdu yalanı,
Cabəca ərz elə gedib filanı,
Məlikballı Qurban çəkən bəlanı,
Bimürüvvət, biiqrarım bilirmi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət