Dərc edildi: Baxış sayı: 580
Məleykə Abbaszadə: "Onlayn sınaq imtahanlarından 130 mindən çox şagird yararlanıb"
“Onlayn sınaq imtahanlarını tək pandemiya dövründə deyil, on ilə yaxındır təşkil edirdik. Həmişə az insan iştirak edirdi. Pandemiya zamanı da pulsuz keçirildi. Bu zaman 130 mindən çox şagird imtahandan yararlandı”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, sınaq imtahanları da sırf şagirdin özünü yoxlaması üçün təşkil edilirdi: “Ona görə də hər hansı izləməmiz yox idi”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət