Slimfit
  1. AZƏRBAYCAN

Məleykə Abbaszadə: "Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10 faizdən də azdır"

Məleykə Abbaszadə: "Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10 faizdən də azdır"
Sakura

Məleykə Abbaszadə: "Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı 10 faizdən də azdır"

"Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, artıq 26 ildir Azərbaycanda müxtəlif məzmunlu imtahanlar keçirirlər: "On yaşından başlayaraq gənclər imtahan verirlər. 26 il ərzində apardığımız statistik təhlillər göstərir ki, bütün mərhələlərdə orta statistik Azərbaycan qadını kişilərlə eyni səviyyədədir və hətta bəzi sahələrdə üstündür. Təhsil sahəsində də Azərbaycan qadını əks cinslə eynidir, hətta bəzən onları qabaqlayır. Amma dövlət qulluğunda inzibati vəzifələrdə 30-40 faiz qadınlardır, rəhbər vəzifələrdə isə heç 10 faiz də qadın yoxdur. Mən hesab edirəm ki, Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var. Azərbaycan qadınları sosial-iqtisadi inkişafa cəlb edilməlidir". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR