Dərc edildi: Baxış sayı: 464
Məleykə Abbaszadə: “Az məzunu olan məktəblərdə imtahan keçirə bilmirik”
“Elə kənd məktəbləri var ki, modul tiplidir. Onlarında cəmi 5-10 məzunu olur. Az məzunu olan məktəblərdə imtahan keçirə bilmirik. Ona görə də daha təmirli və böyük tutumu olan məktəb seçmişik ki, digər ətraf ərazilərdə olan abituriyentlər gələ bilsin”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, hər bir abituriyent şəxsi kabinetinə daxil olaraq hansı binada imtahan verəcəyini öyrənə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət