Dərc edildi: Baxış sayı: 950
Melaniya Trampın sağlamlıq sirləri
49 yaşlı Melanya Tramp ideal bədəni, cazibədarlığı, sağlamlığı və zövqü ilə dünya qadınlarının stil ikonasına çevrilib.
Medicina.az ABŞ prezidentinin sevimli arvadının gözəllik və pəhriz sirlərini təqdim edir.
Melaniya milyarder xanımı olsa da bahalı idman zallarında fitnes, trener, adlı-sanlı dietoloqların xidmətindən yararlanmağı sevmir və belə yerlərə vaxtını sərf etmir.
O, illərdir qarşısında qoyduğu bir neçə ciddi qaydaya əməl edir.
-Arada bir burqer, kola, qızardılmış toyuq yesə də, o sağlam qidalanır. Səhərlər yulaf sıyığı, tərəvəz, meyvə smuzisi qəbul edir. Gün ərzində balanslaşdırılmış, sağlam qidalanır.
"Sağlam qida məndə enerji yaradır, özümü çox yüngül hiss edirəm”.
-Melaniya gündə 7 ədəd müxtəlif tərəvəz və meyvəni mütləq yeyir. Bunlar ayrı-ayrı ərzaqlar ola bilər. Amma mütləq 7 ədəd olmalıdır
-Gün ərzində özünün xüsusi kokteylini içir. Onu yanında da gəzdirir. Tərkibində buğda cücərmişi suyu, limon,su, nanə vardır. Dediyinə görə, bu su turşu-qələvini normada saxlayır, metobolizmi gücləndirir.
-Həftədə 3 dəfə balıq və dəniz məhsulları yeyir
-Arada tünd şokoladın dadına baxır
-Şəkər tərkibli qidalardan uzaqdır
-Model karyerası dövründən o, günə 2,5 litr təmiz su içmək vərdişindədir
-Pilates və yoqa ilə məşğul olur, həftədə 2 dəfə üzür
-Birinci ledi kimi Ağ evdə şef-aşpazın işinə nəzarət edir, bostanda bitki, göyərti və tərəvlərin yetişdirilməsi ilə məşğul olur.
-Üzünə botoks etdirməyin əleyhinədir. Ona görə qırışları var. Oksigen tərkibli prosedurları sevir. Orqanik kosmetik vasitələr seçir.
-Melaniya hesab edir ki, qadının gözəl və sağlam qalmasının sirri onun yuxusunda və emosiyalarındadır. Daxilən qadın nə qədər rahat, şən olsa, bir o qədər gənc qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət